Modern.az

İsa Həbibbəylinin seçiciləri ilə izdihamlı görüşləri - Fotolar

İsa Həbibbəylinin seçiciləri ilə izdihamlı görüşləri - Fotolar

29 Yanvar 2020, 16:58

Akademik İsa Həbibbəyli seçiciləri ilə seçkiqabağı təbliğat-təşviqat işlərini davam etdirir.

 

Modern.az xəbər verir ki, deputatlığa namizəd İsa Həbibbəyli Naxçıvan Muxtar Respublikası Şərur rayonunun  Sandıqlar, Aralıq, Dərvişlər, Kosacan, Qarpun, Yaycı, Axura və  Havur kəndlərində seçiciləri ilə görüşüb.

 

Görüş zamanı Milli Məclisə namizəd , AMEA-ın birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun direktoru Akademik İsa Həbibbəyli  Muxtar Respublikada və Şərur rayonunda aparılan  böyük quruculuq işləri və görüləcək işlər barədə geniş müzakirələr aparıb.

 

Eyni zamanda İsa Həbibbəyli  seçicilərlə  görüşlər zamanı onların çoxsaylı suallarını  cavablandırıb. Seçiqabağı təşviqatını aparan İsa Həbibəyli ölkə prezidenti İlham Əliyevin apardığı islahatlardan, görülən işlərdən və regionların inkişafı barədə seçicilərinə məlumat verib.

 

İsa Həbibbəyli ilə görüşdə çıxış edən  Şərur camaatı ötən illər ərzində onun fəaliyyətini yüksək qiymətləndirib. Bir alim, ziyalı, deputat kimi xalqının və seçicilərinin hər zaman yanında olduğunu bildiriblər.

 

Seçicilər görüş zamanı yüksək nikbinliklə fikirlərini bölüşüblər. Həmçinin, seçicilər ölkə rəhbərliyinə və Yeni Azərbaycan Partiyasına böyük inam bəslədiklərini də deyiblər.

 

Sonda bütün seçicilər fevralın 9-da İsa Həbibbəyliyə səs verəcəklərini xüsusi qeyd ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır