Modern.az

\"Fransada 90, Almaniyada 26 jurnalist zorakılığa məruz qalıb\" - AŞPA

\

29 Yanvar 2020, 20:37

Avropa Şurası Parlament Assambleyası (AŞPA) mətbuat azadlığı və Avropada jurnalistlərin təhlükəsizliyinə həsr olunmuş hesabat qəbul edib.

Modern.az   "Report"a  istinadən  xəbər verir ki, hesabatda Avropa Şurasına üzv ölkələrdə jurnalistlərin öz peşə vəzifələrini həyata keçirdikləri zaman fiziki və verbal zorakılıq, polislər tərəfindən müdaxilə, akkreditələrinin əllərindən alınması kimi halların artdığı bildirilir.

Hesabata əsasən, Fransada 17 noyabr 2018-ci ildə "sarı jiletlilər"in etiraz aksiyaları başlayandan etibarən jurnalistlərə qarşı təhqir və təhdidlərin sayı artıb. Həmin tarixdən etibarən aksiyaları işıqlandıran 90 jurnalist polis zorakılığına məruz qalıb.

Almaniyada 2018-ci ildə 26 jurnalistə qarşı fərdi şəxslər tərəfindən zorakılıq olub. 7-8 iyul 2017-ci ildə Almaniyanın Hamburq şəhərində keçirilən G-20 toplantısı zamanı ən azı 32 jurnalistin əlindən akkreditə hüquqları alınıb. 2018-ci ilin avqust ayında Almaniyanın ZDF kanalının jurnalist heyəti polislər tərəfindən saxlanılıb.

Niderlanda 24 oktyabr 2019-cu ildə NOS TV-nin jurnalisti suallara cavab verməkdən imtina etdiyi üçün həbs olunub.

Dövlət orqanları, polislər və mülki şəxslərin jurnalistlərə qarşı zorakılıq tətbiq etdikləri ölkələr arasında Malta, Avstriya, Bolqarıstan, İtaliya və digər ölkələr də var.

AŞPA üzv dövlətləri jurnalistlərin təhlükəsizliyini təmin etməyə çağırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi