Arxiv
4 Fevral 2020, 09:03 | QARABAĞ
Son Qarabağ danışıqları: Ermənistan üzərinə öhdəliklər qoyulub

Bu ilin 28-30 yanvar tarixlərində Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə görüşü keçirildi.

 

Qarabağla bağlı keçirilən bu görüşdən sonra tərəflər bəyanat yayıblar. Bəyanatda bildirilir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişikin də iştirak etdiyi görüşlərdə üç gün ərzində tərəflər həmsədrlərin təqdim etdiyi gündəlik üzrə hərtərəfli müzakirələr aparıblar.

 

Görüşlərdə tərəflər arasında razılaşma və təkliflərin icrası, əhalini sülhə hazırlamaq üçün mümkün addımlar, sülhün əsasını təşkil edən prinsiplər ətrafında fikir mübadiləsi aparılıb. Bundan əlavə, XİN rəhbərləri həmsədrlərin iştirakı ilə yaxın zamanlarda yenidən görüşməyə razılıq veriblər.

 

Müzakirələrin bu şəkildə uzun keçirilməsi danışıqlar masasında hər hansı sənəddən xəbər verir. Lakin ortada hansı sənədin olduğu və yekun nəticənin detalları məlum deyil.

 

 

Məsələ ilə bağlı Modern.az-a danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Fuad Çıraqov Ermənistanın hansısa bəyanat verərək danışıqlarda müzakirə edilən məsələlər barəsində öz mövqeyinə uyğun şərhlə çıxış etmədiyinə görə hələlik mətbuatda heç bir məlumat olmadığını bildirib:

 

“Qeyd edilən görüşdən sonra Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin birgə bəyanatı yayımlandı. Bu cür bəyanatlara imza atanlar həmin yazılanlara əsasən müəyyən öhdəlik də götürürlər deyə bilərik. Budəfəki görüşün mətnində çox vacib və diqqət çəkən bir ifadə vardı – “principle of confidentiality”. Hərfi tərcümədə bu məxfilik və ya danışıqların məxfi saxlanılması kimi başa düşülsə də, siyasi lüğətdə bu bir qədər daha geniş mənanı ifadə edir. Bu da ilk növbədə danışıqlar prosesi və detallar barəsində tərəflərdən hansısa biri açıqlama və bəyanat verməmişdən əvvəl qarşı tərəflə razılaşdırmalı və bu cür açıqlamalar ancaq ümumi prosesə töhvə verəcəksə tövsiyə edilir.

 

Zərurət olmadıqda danışıqlarda müzakirə edilən konkret məsələlər haqqında bir tərəfin interpretasiyasına uyğun olan və hansısa konkret məlumatı daşıyan açıqlamalardan yayınma halları olur .

 

Qeyd etmək lazımdır ki, bu ifadədən o nəticəni çıxarmaq olar ki, Ermənistan tərəfinin özbaşınalığına son qoymaq və danışıqlar prosesinə zərbə vura biləcək açıqlamalar verməsinin qarşısının alınması üçün onun üzərinə öhdəlik qoyulub”.

 

F.Çıraqov əvvəllər dəfələrlə Ermənistanın anışıqlardan sonra hər dəfə müzakirələrə öz istədiyi şəkildə, maraqlarına uyğun şərhlər verməklə pozucu rol oynadığını deyir:

 

“Azərbaycan isə Ermənistan tərəfinin bu cür qeyri-konstruktiv bəyanatlarından sonra əsl həqiqəti deməyə məcbur olurdu. Qarşı tərəfin davranışları danışıqlar prosesinin də dəfələrlə pozulmasına səbəb idi. Danışıqların uzun çəkməsi və tərəflərin hələlik hansısa konkret məsələlərlə bağlı şərh verməməsi onu ehtimal etməyə əsas verir ki, bu dəfəki danışıqlar daha ətraflı və predmetli olub. Ancaq bu hələ hansısa konkret razılığın və nəticələrin olduğu və ya yaxın zamanda görəcəyimiz mənasına gəlmir. Reallıq odur ki, Paşinyan hökuməti hansısa ciddi addımların atılmasını istəsə belə onun qarşısında maneələr və təzyiqlərin olmağı onun nəinki hakimiyyətini hətta həyatını belə təhdid altında saxlayır. Əvvəllər də Ermənistan müxtəlif dövrlərdə fərqli yollarla bu prosesə və hansısa nəticələrin əldə edilməsinə mane olub”. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koronavirus dünya çempionunun karyerasına son qoydu 29 mart 2020, 19:02 “Bəzi universitetlər tələbələrlə bağlı özbaşına qərar çıxarıb” - ETİRAZ 29 mart 2020, 18:27 Dövlət Komitəsi Bərdədə arvadını öldürən ərin işini nəzarətə götürdü 29 mart 2020, 18:19 Koronavirusdan ölənlərin sayı 32 mini keçdi 29 mart 2020, 17:47 İspaniyada daha 546 şəxs virusdan öldü - Hökumət karantin rejimini sərtləşdirdi 29 mart 2020, 17:37 Azərbaycanda daha 27 şəxsdə koronavirus AŞKARLANDI 29 mart 2020, 17:22 Bakıda bəzi yeraltı keçidlərdə hərəkət məhdudlaşdırılıb 29 mart 2020, 17:15 Bibiheybət yolu bağlandı 29 mart 2020, 17:08 “Parisdə küçəyə hər dəfə çıxanda polisə izahat veririk” - Azərbaycanlı yazıçı 29 mart 2020, 17:02 Generallar Elçin Quliyev və Kəmaləddin Heydərov karantin bölgəsində - FOTOLAR 29 mart 2020, 16:57 Köçkünlərin müvəqqəti məskunlaşma yerləri dezinfeksiya olunur 29 mart 2020, 16:53 Komitə sədri Milli Məclisin videokonfransından DANIŞDI 29 mart 2020, 16:40 Polşadan gəlib Lerikdə karantinə alınan diaspor rəhbəri: “Hələlik test olunmamışıq” 29 mart 2020, 16:34 Bakının havası təmizlənib 29 mart 2020, 16:21 Biz birlikdə qalib gələcəyik 29 mart 2020, 16:18 Elə bilin ki, həbsdəyik, dözməliyik  – HAFİZ HACIYEVLƏ  #evdəqal SÖHBƏTİ 29 mart 2020, 16:01 “Azərsu” 8600 əməkdaşını məzuniyyətə GÖNDƏRDİ 29 mart 2020, 15:57 Yasamal İH-nin təşəbbüsü ilə #evdəqal videosu hazırlanıb 29 mart 2020, 15:52 İmmun sisteminizi gücləndirmək üçün bu həbləri için - Professordan MƏSLƏHƏT 29 mart 2020, 15:46 Nazirlik prokurorluğa müraciət etdi 29 mart 2020, 15:45 Bu imtahanlar da təxirə salındı 29 mart 2020, 15:35 “Koronavirus haqqında” Qanuna ehtiyac yoxdur – Komitə sədri 29 mart 2020, 15:32 Bakıda 5 əlavə xüsusi ekspres marşrut xətti təşkil edilir - FOTO 29 mart 2020, 15:27 Bakıda 25 yaşlı gənci maşınla vuraraq öldürən sürücü SAXLANILDI 29 mart 2020, 15:21 Birinci ledi virusa qalib gəldi 29 mart 2020, 15:18 WhatsApp” videoların yerləşdirilməsinə məhdudiyyət qoyur 29 mart 2020, 15:18 Koronavirus 11 aylıq körpəni öldürdü 29 mart 2020, 15:12 Azərbaycanda icra başçısının müavini koronavirusa yoluxdu 29 mart 2020, 15:09 Qızıl Aypara Cəmiyyətindən koronaviriusla bağlı nümunəvi ADDIM 29 mart 2020, 15:05 Prezident Şəfiqə Məmmədovaya orden verdi 29 mart 2020, 15:00 Naxçıvanda koronavirus  yoxdur - Rəsmi AÇIQLAMA 29 mart 2020, 14:53 Evdə bu əşyaları daha çox  təmiz saxlayın 29 mart 2020, 14:46 Koronavirusdan ölənlərin sayı 31 mini ötdü 29 mart 2020, 14:39 Milli Məclisdə ilk dəfə videokonfrans keçirildi 29 mart 2020, 14:32 Dövlət Avtomobil Nəqliyyat Xidmətindən sürücülərə MÜRACİƏT 29 mart 2020, 14:31