Modern.az

Dərbəndli polis necə milyarder oldu? - MARAQLI

Dərbəndli polis necə milyarder oldu? - MARAQLI

4 Fevral 2020, 23:16

Rusiyanın “Forbes” jurnalı Dağıstanın cənubunda yerləşən Dərbənd şəhərində doğulmuş Vladimir Leşikovu  milyarderlər siyahısına salıb. 

Modern.az  xəbər  verir  ki, 2019-cu ildə ilk dəfə  bu siyahıya düşən iş adamı 1,1 milyard dollar sərvətlə  ölkənin 89-cu ən varlı şəxsi sayılır.

Vladimir Leşikov1956-cı ildə Dağıstanın Dərbənd şəhərində inşaatçılar  ailəsində anadan olub. Dağıstan Texniki Universitetini  bitirdikdən sonra o, orduda xidmət keçib, polis orqanlarında xidmətə başlayıb. 1989-cu ildə Dağıstanda milli zəmində gərginlik yaranan zaman o ailəsi ilə birlikdə Moskvaya köçür. Vladimir qardaşı Valeri ilə birlikdə Moskvada oyun avtomatları biznesinə daxil olur.

5  il ərzində Leşikov biznesi inkişaf etdirsə də, sonra oyun avtomatları biznesini ortağına dövr edərək, bu biznesdən çıxır. Bundan 3 il sonra oyun avtomatları qadağan olunur.


Onun əsas biznesi Moskva Dairəvi Yolu və Kaluqa şossesinin kəsişməsində yerləşən  “Slavyan dünyası” tikinti bazarı olur.

Vladimir Leşikov qardaşı Valeri ilə birlikdə “Avqur Esteyt” tikinti şirkətinin sahibi Sergey Kirilenkodan 3 milyon dollar qarşılığında 50 hektar torpaq sahəsi alır. Sonradan bizneslərini genişləndirən qardaşlar ümumilikdə, 150 hektar ərazi alaraq burada tikinti və geyim bazarları açır.
Hazırda ona məxsus torpaqlarda 450 min kvadrat metr sahədə tikililər məxsusdur. O 2,5 milyon kvadrat metrdən artıq sahədə mehmanxana kompleksləri, ofis mərkəzləri və ticarət obyektləri inşa etməyi planlaşdırır.

“Forbes” jurnalı 2019-cu il üçün iş adamının şəxsi sərvətini 1,1 milyard dollar miqdarında dəyərləndirir. Bu sərvətlə o, Rusiyanın ən zəngin 89-cu iş adamıdır.

Xatırladaq ki, statistik məlumatlara əsasən, 101 min sakini olan Dərbənd rayonunun 58,2%-ni azərbaycanlılar təşkil edir. Şəhər mərkəzində isə azərbaycanlıların sayı 32% təşkil edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...