Modern.az

Zakir Qaralovdan prokurorluq işçilərinə ciddi XƏBƏRDARLIQ

Zakir Qaralovdan prokurorluq işçilərinə ciddi XƏBƏRDARLIQ

14 Fevral 2020, 17:45

"2019-cu ildə 8 prokurorluq əməkdaşı tutduğu vəzifədən azad edilib".

 

Modern.az-ın məlumatına görə, bu sözləri Baş prokuror Zakir Qaralov fevralın 14-də prokurorluq orqanları tərəfindən 2019-cu ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirib.

 

Baş prokuror qeyd edib ki, 2019-cu ildə xidməti, icra və əmək intizamının pozuntusu hallarına qarşı, işində və xidmətdən kənar fəaliyyətində qanunsuzluqlara münasibətdə prinsipial mübarizə xətti davam etdirilib:

 

“Müxtəlif pozuntulara yol verdiklərinə görə 54 əməkdaşın intizam məsuliyyətinə cəlb olunub. Onlardan 44 nəfərə töhmət və şiddətli töhmət elan edilib, 8 əməkdaş tutduğu vəzifədən azad edilib, prokurorluqda xidmətlə bir araya sığmayan kobud qanunsuzluqlara yol verdiklərinə görə 2 əməkdaş prokurorluq orqanlarından xaric edilib".

 

Xidməti, icra və əmək intizamının daim diqqət mərkəzində saxlanıldığını bildirən Baş prokuror, mənfi təzahürlərə, qeyri-prosessual münasibətlərə, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək neqativ hallara, qanun pozuntusu və nöqsanlara, prokuror vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verən prokurorluq işçiləri barəsində ciddi cəza tədbirlərinin görüləcəyini xüsusi vurğulayıb.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi