Modern.az

Bakıda piyadanı vuran sürücü hadisə yerindən qaçıb

Bakıda piyadanı vuran sürücü hadisə yerindən qaçıb

Aktual

15 Fevral 2020, 00:01

Bakının Xəzər rayonunda piyadanı avtomobil vurub.

Modern.az  APA-ya istinadən  xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib.

1984-cü il təvəllüdlü Məmmədov Rövşən Ramiz oğlu yolu keçmək istəyərkən onu minik avtomobili vurub. Sürücü hadisə yerindən qaçıb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı