Arxiv
15 Fevral 2020, 09:38 | ÖLKƏ
Məşhəd və Kərbəla ziyarətləri - QMİ turizm şirkətlərinə rəqabətdə uduzur

Ölkədə rəsmi olaraq Həcc ziyarətinin təşkili yalnız Qafqaz Müsəlmanlar İdarəsinə məxsusdur. Yəni turizm şirkətləri bu ziyarəti gerçəkləşkdirmək səlahiyyətində deyillər.

 

Bəs maraqlıdır, Qafqaz Müsəlmanlar İdarəsi tərəfindən dindarların daimi olaraq ziyarət etdiyi Kərbəla, Nəcəf və Məşhəd şəhərlərinə ziyarət turu təşkil edilirmi?

 

Modern.az-a Qafqaz Müsəlmanlar İdarəsinin Xarici Əlaqələr şöbəsindən Kərbəla və Məşhədə ziyarət etmək üçün müraciət edənlərin sayının az olduğu bildirilib:

“İndi Kərbəla, Nəcəf və Məşhədə zəvvar aparan şirkətlər çoxdur deyə, Qafqaz Müsəlmanlar İdarəsinə bu istiqamətdə ziyarət etmək üçün müraciət edən şəxslər az olur. Əsasən zəvvarlar turizm şirkətlərinə müraciət edir.  Hardasa 500 manat ödəməklə idarə tərəfindən Kərbalaya ziyarətlər  təşkil olunur. Turizm şirkətləri də təxminən 300 dollara Kərbalaya tur təşkil edir. Bizə müraciətlər  mövsümdən aslı olaraq dəyişir. İslam dünyasının əlamətdar günlərində Kərbəlaya getmək istəyən müsəlmanların sayı daha çox olur. Ramazan, Şaban, Məhərrəmlik ayı müsəlmanların ən çox Kərbəlaya getdiyi aylar sırasındadır”.

 

Turizm şirkətlərinin isə Kərbəla və Məşhəd şəhərlərinə ziyarətlə bağlı qiymətləri və cavabları fərqlidir:

Delta Turizm: “Bizə müraciət edən vətəndaşlar adətən qonşu ölkələrə ya da Avropa ölkələrinə səfər etmək üçün müraciət edir. Məşhəd və ya Kərbəlaya ziyarətə getmək istəyənlər demək olar ki, yoxdur. Mürciət daxil olmadığı üçün biz də tur təşkil etmirik”.

 

Amazing Travel: “Məşhəd və Kərbəlaya ziyarət turları üçün müraciətlər daxil olur. Bir nəfər üçün ziyarət turunun qiyməti 220 manatdır. Həmin qiymətə təhlükəsizlik və bəzi məsələlər də daxildir”.

 

Mövla Tur: “Kərbəla-Məşhəd yox, bu ay sonu Məşhəd-Qum ziyarəti təşkil edirik. Bir nəfər üçün qiymət, otel də daxil 60 manatdır. Ziyarət turları təşkil etdiyimiz üçün Kərbəla və Məşhədə getmək üçün bizə müraciətlər çox daxil olur”.

 

Salam Tour: “Bu ay Kərbəla-Məşhədə ziyarətlər ardıcıl olaraq təşkil olunur. Fevralın 10-15-i arası Kərbəla-Məşhəd turunun qiyməti 350 manat oldu. Qiymətə qidalnma, otel qiymətləri də daxil edilmişdi”.

 

Seven Group: “Kərbəla və Məşhədə ziyarət etmək üçün aktiv olaraq bizə müraciətlər daxil olur. Turların qiyməti mövsümə görə dəyişir. Hazırda Məşhəd ziyarətinin qiyməti 55 manatdır”.

 

Fly.az Travel: “Adətən bizə Avropa ölkələrinə və Türkiyəyə səfər etmək üçün müraciət edirlər. Kərbəla və ya Məşhədə müraciət az olduğundan həmin istiqamətlərdə turlar təşkil etmirik”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Vətəndaşlara minimum əməkhaqqı məbləğində yardım edilməsi gözlənilir –  ÖZƏL 29 mart 2020, 19:04 Koronavirus dünya çempionunun karyerasına son qoydu 29 mart 2020, 19:02 “Bəzi universitetlər tələbələrlə bağlı özbaşına qərar çıxarıb” - ETİRAZ 29 mart 2020, 18:27 Dövlət Komitəsi Bərdədə arvadını öldürən ərin işini nəzarətə götürdü 29 mart 2020, 18:19 Koronavirusdan ölənlərin sayı 32 mini keçdi 29 mart 2020, 17:47 İspaniyada daha 546 şəxs virusdan öldü - Hökumət karantin rejimini sərtləşdirdi 29 mart 2020, 17:37 Azərbaycanda daha 27 şəxsdə koronavirus AŞKARLANDI 29 mart 2020, 17:22 Bakıda bəzi yeraltı keçidlərdə hərəkət məhdudlaşdırılıb 29 mart 2020, 17:15 Bibiheybət yolu bağlandı 29 mart 2020, 17:08 “Parisdə küçəyə hər dəfə çıxanda polisə izahat veririk” - Azərbaycanlı yazıçı 29 mart 2020, 17:02 Generallar Elçin Quliyev və Kəmaləddin Heydərov karantin bölgəsində - FOTOLAR 29 mart 2020, 16:57 Köçkünlərin müvəqqəti məskunlaşma yerləri dezinfeksiya olunur 29 mart 2020, 16:53 Komitə sədri Milli Məclisin videokonfransından DANIŞDI 29 mart 2020, 16:40 Polşadan gəlib Lerikdə karantinə alınan diaspor rəhbəri: “Hələlik test olunmamışıq” 29 mart 2020, 16:34 Bakının havası təmizlənib 29 mart 2020, 16:21 Biz birlikdə qalib gələcəyik 29 mart 2020, 16:18 Elə bilin ki, həbsdəyik, dözməliyik  – HAFİZ HACIYEVLƏ  #evdəqal SÖHBƏTİ 29 mart 2020, 16:01 “Azərsu” 8600 əməkdaşını məzuniyyətə GÖNDƏRDİ 29 mart 2020, 15:57 Yasamal İH-nin təşəbbüsü ilə #evdəqal videosu hazırlanıb 29 mart 2020, 15:52 İmmun sisteminizi gücləndirmək üçün bu həbləri için - Professordan MƏSLƏHƏT 29 mart 2020, 15:46 Nazirlik prokurorluğa müraciət etdi 29 mart 2020, 15:45 Bu imtahanlar da təxirə salındı 29 mart 2020, 15:35 “Koronavirus haqqında” Qanuna ehtiyac yoxdur – Komitə sədri 29 mart 2020, 15:32 Bakıda 5 əlavə xüsusi ekspres marşrut xətti təşkil edilir - FOTO 29 mart 2020, 15:27 Bakıda 25 yaşlı gənci maşınla vuraraq öldürən sürücü SAXLANILDI 29 mart 2020, 15:21 Birinci ledi virusa qalib gəldi 29 mart 2020, 15:18 WhatsApp” videoların yerləşdirilməsinə məhdudiyyət qoyur 29 mart 2020, 15:18 Koronavirus 11 aylıq körpəni öldürdü 29 mart 2020, 15:12 Azərbaycanda icra başçısının müavini koronavirusa yoluxdu 29 mart 2020, 15:09 Qızıl Aypara Cəmiyyətindən koronaviriusla bağlı nümunəvi ADDIM 29 mart 2020, 15:05 Prezident Şəfiqə Məmmədovaya orden verdi 29 mart 2020, 15:00 Naxçıvanda koronavirus  yoxdur - Rəsmi AÇIQLAMA 29 mart 2020, 14:53 Evdə bu əşyaları daha çox  təmiz saxlayın 29 mart 2020, 14:46 Koronavirusdan ölənlərin sayı 31 mini ötdü 29 mart 2020, 14:39 Milli Məclisdə ilk dəfə videokonfrans keçirildi 29 mart 2020, 14:32