Modern.az

Koronavirusa görə Sevgililər Günü fərqli qeyd olundu

Koronavirusa görə Sevgililər Günü fərqli qeyd olundu

15 Fevral 2020, 13:33

Koronavirus təhlükəsi ilə mübarizə aparan Asiya ölkələrində sevgililər günü həmişəkindən fərqli qaydada qeyd olunub.

 

Modern.az xəbər verir ki, Asiya ölkələrində, xüsusilə də virusun formalaşdığı Hubey vilayətində cütlüklər bir-birinə əvvəlki kimi şokolad, ətir yox, qoruyucu maska hədiyyə edib. Hətta bəzi şəxslər öz partnyorlarına maska ilə yanaşı gigiyenik məhsullar: tualet kağızı, salfet və s.bağışlayıb. Təqdim olunan hədiyyələr isə ehtiyacdan dolayı hər iki tərəfdə böyük məmnuniyyət yaradıb. Onu da qeyd edək ki, sevgililər bir-birlərinə toxuna bilmədikləri üçün, elə maskanın üzərindən qarşı tərəfi öpüblər.

 

Xatırladaq ki, Çində koronavirusdan dolayı 1524 nəfər ölüb, yoluxanların sayı isə 66 min 492-yə çatıb.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır