Modern.az

Almaniyada silahlı insident: Ölən və yaralanan var

Almaniyada silahlı insident: Ölən və yaralanan var

15 Fevral 2020, 20:03

Almaniyada silahlı insident olub. 

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə  paytaxt Berlində qeydə alınıb.

Məlumata görə, “Local” portalı atışma nəticəsində 1 nəfərin həlak olduğu, 4 nəfərin yaralandığı barədə xəbər yayıb.  

Portal polisə istinadən xəbər verir ki, hadisə Kroytsberq rayonunda, Türkiyənin məşhur “Güldür Güldür Show" komediya şousunun nümayiş etdirildiyi “Tempodrom” idman-konsert zalının yaxınlığında baş verib.

Tamaşaçılar hamısı zaldan təxliyə olunub.

Yaralılardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

Polis atəş açanların bir neçə nəfər olduğunu ehtimal edir. Onlar hadisə yerindən qaçıb. Hadisə yerinə 200-dək polis göndərilib. Araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir