Modern.az

Saxlanılan və xəsarət alan olmayıb - BŞBPİ-dən bugünkü aksiya ilə bağlı AÇIQLAMA

Saxlanılan və xəsarət alan olmayıb - BŞBPİ-dən bugünkü aksiya ilə bağlı AÇIQLAMA

16 Fevral 2020, 16:42

Bu gün bir qrup şəxs əvvəlcədən rəsmi qaydada xəbərdar olunmalarına baxmayaraq, saat 15 radələrində Mərkəzi Seçki Komissiyasının inzibati binasının önünə toplaşmağa cəhd ediblər.

 

Bakı Şəhər Baş Polis İdarəsindən Modern.az-a verilən məlumata görə, cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb və onlar ərazidən kənarlaşdırılıblar. Bu zaman  ciddi qanun pozuntusu qeydə alınmayıb, saxlanılan və xəsarət alan olmayıb.  

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI