Modern.az

Azərbaycanın ən yaşlı sakininin adı AÇIQLANDI

Azərbaycanın ən yaşlı sakininin adı AÇIQLANDI

18 Fevral 2020, 12:28

Azərbaycanın yaş verifikasiyası (yaşın dəqiqləşdirilməsi) aparılmış uzunömürlüləri arasında ölkəmizin yeni ən yaşlı sakini müəyyənləşdirilib.

 

Modern.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova deyib.

 

Onun sözlərinə görə, hazırda ölkəmizin ən yaşlı sakini Lənkəran rayonu Sütəmurdov kəndinin 104 yaşlı sakini Mirzadə Cabbarova sayılır.

 

U.Həşimova əlavə edib ki, yaş verifikasiyası aparılmış uzunömürlülər arasında ən yaşlı sakin olan 108 yaşlı Vəsmə Məmmədova 2018-ci ildə dünyasını dəyişdikdən sonra M.Cabbarova Azərbaycanın ən yaşlı sakini olub.

 

İnstitutunun direktoru bəzən ən yaşlı insan haqqında onların sənədinə istinadən yayılan məlumatların da elmi əsasının olmadığını söyləyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi