Modern.az

MSK-da seçki dairəsi ilə bağlı qərar verildi

MSK-da seçki dairəsi ilə bağlı qərar verildi

Aktual

18 Fevral 2020, 16:31

Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına (MSK) daxil olan müraciətlərə baxılır.

 

Modern.az xəbər verir ki, bu barədə MSK-nın iclasında qurumun sədri Məzahir Pənahov bildirib. MSK katibi Arifə Muxtarova 56 saylı Xaçmaz Kənd Seçki Dairəsindən namizəd Zeyqan Hüseynovun müraciəti haqqında verib. O qeyd edib ki, müraciət araşdırılıb və müvafiq rəy verilib: "Şikayət verən şəxs bildirib ki, dairə üzrə seçkinin nəticəsinin mübahisələndirilməsinin tərəfdarı deyil. “Şikayət edən tərəf qeyd edib ki, həmin seçki dairəsinin yalnız 7 saylı seçki məntəqəsində qanun pozuntusu olub. Hesab edir ki, 7 saylı seçki məntəqəsi üzrə nəticələr ləğv edilməlidir”.

 

MSK-nın iclasında qərara alınıb ki, qanun pozuntularına dair tutarlı dəlillər yoxdur. Buna görə də, müraciət edən şəxsin şikayəti təmin edilməyib. Qeyd edək ki, 56 saylı Xaçmaz Kənd Seçki Dairəsinin lider namizədi Sevil Mikayılovadır.

MSK-nın fevralın 17-də keçirilən iclasında 34 saylı Xətai Seçki Dairəsinin 7 seçki məntəqəsinin də nəticələri etibarsız hesab olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır