Modern.az

Məzahir Pənahov şikayətçilərə müraciət etdi: “Bizim hələ vaxtımız var”

Məzahir Pənahov şikayətçilərə müraciət etdi: “Bizim hələ vaxtımız var”

18 Fevral 2020, 16:47

“Şikayətçi şikayəti göndərəndən sonra da əlinə hansısa material keçərsə, MSK-ya təqdim edə bilər”.

 

Modern.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında komissiyanın sədri Məzahir Pənahov deyib.

 

O bildirib ki, MSK bütün şikayətləri ciddi şəkildə araşdırır:

 

“Hətta şikayətçi bizə ünvanladığı şikayətdən sonra da əlinə material keçərsə, bizə təqdim etsin. Bizim hələ vaxtımız var. Bütün şikayətlərə ciddi şəkildə baxılacaq və müvafiq qərar qəbul ediləcək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi