Modern.az

“Həmsədrlərin Qarabağ münaqişəsinin həllinə dair səylərini dəstəkləyirik” - Aİ rəsmisi

“Həmsədrlərin Qarabağ münaqişəsinin həllinə dair səylərini dəstəkləyirik” - Aİ rəsmisi

18 Fevral 2020, 21:06

Ermənistanın baş naziri Nikol Paşinyanla Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Yerevanda Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirə aparıblar.

Modern.az  “Report”a istinadən xəbər verir ki, görüş zamanı, həmçinin, Ermənistanla Aİ arasındakı münasibətlərdən də bəhs edilib.



Eyni zamanda Aİ nümayəndəsi Ermənistanın müdafiə naziri David Tonoyanla da görüşüb. T.Klaar görüşdə bildirib ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini tam şəkildə dəstəkləyir və bu formatdakı danışıqların fəallaşmasına töhfə verməyə hazırdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?