Arxiv
19 Fevral 2020, 11:15 | AKTUAL
Azərbaycanda ən çox vətəndaş qəbul edən nazirliklər - TAM SİYAHI

"2019-cu ildə dövlət hakimiyyəti orqanlarında 1 milyondan çox vətəndaş qəbul edilmişdir. Onların 41 faizi yerli icra hakimiyyəti orqanlarında, 59 faizi isə mərkəzi icra hakimiyyəti orqanlarında və digər qurumlarda qəbul olunub".

 

Modern.az-ın xəbərinə görə, bu fikir Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun məqaləsində yer alıb.

 

Vətəndaşların müxtəlif instansiyalarda qəbulu, dinlənilməsi Azərbaycan Prezidentinin daim diqqət mərkəzində olan vacib məsələlərdən biridir və bu gün cəmiyyətdə baş verən proseslərə münasibət bildirilməsində və vətəndaşların problemlərinin öyrənilməsində əsas vasitədir. Bir qayda olaraq, vətəndaşlar mərkəzi və yerli icra hakimiyyətlərində öz suallarına cavab tapa bilmədikdə, son ümid yeri kimi ali instansiya olaraq Prezident Administrasiyasına müraciət etməyə üstünlük verirlər.

 

2019-cu ildə Prezident Administrasiyasına qəbul məsələləri ilə bağlı 2 mindən çox fərdi və kollektiv müraciət daxil olmuşdur. Bu rəqəmlərin arxasında vətəndaş narahatlığı ilə yanaşı, məmur biganəliyi, müraciət edilən hansısa qurumdan qaneedici cavab alınmaması, bəzi hallarda isə “nə olursa-olsun, mənim problemim həll olunmalıdır” inadı dayanır.

 

Ötən il ərzində Prezident Administrasiyasının Qəbul otağında ümumilikdə 22 mindən çox vətəndaş qəbul edilmişdir. Qəbul zamanı qaldırılan məsələlərlə bağlı müvafiq dövlət hakimiyyəti orqanları ilə əlaqə saxlanılaraq, onların həlli üçün lazımi tədbirlər görülüb.

 

Aparılan təhlil göstərir ki, 2019-cu ildə vətəndaşların qəbul zamanı qaldırdıqları və həlli tələb olunan məsələlər daha çox hüquq mühafizə və məhkəmə orqanlarının fəaliyyəti, əhalinin sosial müdafiəsi, mənzillə və işlə təmin olunma, əmək mübahisələri, işdən çıxarılma, səhiyyə və sair mövzularda olub.

 

Keçən il Qəbul otağına edilmiş kollektiv müraciətlərin sayı Bakı şəhərinin rayonlarından, Gəncə, Yevlax, Ağdam, Ağstafa, Bərdə, Cəbrayıl, Kəlbəcər, Neftçala, Sabirabad, Ucar, Zəngilan, digər şəhər və rayonlardan daha çox olmuşdur. Onların qaldırdıqları məsələlər əsasən hüquq mühafizə və məhkəmə orqanlarının fəaliyyəti, yaşayış binalarının təmiri, mənzillərin sənədləşdirilməsi, abadlıq-quruculuq işləri və digər məsələlər barəsində olub.

 

2019-cu ildə dövlət hakimiyyəti orqanlarında 1 milyondan çox vətəndaş qəbul edilmişdir. Onların 41 faizi yerli icra hakimiyyəti orqanlarında, 59 faizi isə mərkəzi icra hakimiyyəti orqanlarında və digər qurumlarda qəbul olunub.

 

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən 2013-cü ildən başlayaraq bölgələrdə mütəmadi qəbullar keçirən mərkəzi icra hakimiyyəti orqanlarının və digər qurumların sayı ötən il bir qədər də artırılaraq 28-ə çatdırılmışdır. Bundan əlavə, 2019-cu ildən etibarən həmin təşkilatların rəhbərləri ilə yanaşı, onların müavinləri də qəbullar keçirməyə başlamışlar. Qeyd edilən vəzifəli şəxslər tərəfindən ötən il 59 şəhər və rayonda vətəndaş qəbulları keçirilib.

 

2019-cu ildə respublikanın müxtəlif bölgələrində keçirilən qəbullarda Daxili İşlər Nazirliyi – 965, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – 871, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi – 782, “Azərsu” ASC – 711, Kənd Təsərrüfatı Nazirliyi – 697, Ədliyyə Nazirliyi – 604, Ali Məhkəmə – 531, Təhsil Nazirliyi – 506, “Azərişıq” ASC – 490, Mədəniyyət Nazirliyi – 485, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC – 475, “Azəriqaz” İB – 473, keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi – 468, Baş Prokurorluq – 443, Ekologiya və Təbii Sərvətlər Nazirliyi – 415, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi – 353, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti – 330, Fövqəladə Hallar Nazirliyi – 324, Dövlət Gömrük Komitəsi – 321, Gənclər və İdman Nazirliyi – 310, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi – 308, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi – 307, İqtisadiyyat Nazirliyi – 292, Səhiyyə Nazirliyi – 279, Energetika Nazirliyi – 271, keçmiş Vergilər Nazirliyi– 249, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi – 239, Dövlət İmtahan Mərkəzi – 184 vətəndaşı qəbul edib.

 

 

Bütövlükdə 2019-cu ildə mərkəzi icra hakimiyyəti orqanlarının və digər qurumların rəhbərləri və onların müavinləri tərəfindən keçirilən qəbullarda 12 min 683 vətəndaş iştirak etmişdir. Qəbullarda vətəndaşlar tərəfindən qaldırılan 12 min 669 məsələnin 35 faizi müsbət həll olunmuş, 48 faizi ilə bağlı onlara izahat və tövsiyələr verilmiş, digərləri icrada saxlanılmış və ya aidiyyəti dövlət orqanlarına istiqamətləndirilmiş, bir qismi isə əsassız sayılıb.

 

Vətəndaşla ünsiyyətdə sorğu işinin düzgün təşkili də vacibdir. Bu, vətəndaşlarla ünsiyyət səviyyəsini daha da yaxşılaşdırmağa, vətəndaş məmnunluğunun təmin olunmasına xidmət edir. Ötən il Administrasiyanın sorğu-məlumat telefonlarına daxil olmuş 34 min 587 zəngə cavab verilib.

 

 

Dövlət hakimiyyəti orqanlarının 2020-ci ilə aid qəbul cədvəlləri öyrənilərkən məlum olur ki, bəzi şəhər və rayon icra hakimiyyətləri tərəfindən bu işlər daha yaxşı təşkil edilir. Bu baxımdan Yasamal, Sumqayıt, Ağdaş, Astara, Bərdə, Biləsuvar, Cəlilabad, Daşkəsən, Göyçay, Xaçmaz, Xızı, Xocavənd, Kürdəmir, Qobustan, Quba, Masallı, Neftçala, Sabirabad, Şabran, Şəmkir, Tərtər, Yardımlı, Zərdab, digər şəhər və rayon icra hakimiyyətlərinin qəbul cədvəllərini göstərmək olar.

 

Mərkəzi icra hakimiyyəti orqanlarından isə İqtisadiyyat, Energetika, Əmək və Əhalinin Sosial Müdafiəsi, Fövqəladə Hallar, Müdafiə Sənayesi nazirlikləri, Diasporla İş, Dövlət Statistika komitələri, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar, Qida Təhlükəsizliyi, İcbari Tibbi Sığorta, Bakı Nəqliyyat, Dövlət Reklam agentlikləri, Dövlət Neft Şirkəti, "Azərsu", “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi", "AzerGold" səhmdar cəmiyyətləri, Baş Prokurorluq, Ali Məhkəmə, Gəncə, Şəki, Şirvan apellyasiya məhkəmələri, Azərbaycan Milli Elmlər Akademiyası, Dövlət İmtahan Mərkəzi, Auditorlar Palatası, Milli Televiziya və Radio Şurası, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mərkəzi Bank və Elmin İnkişafı Fondunun qəbul cədvəlləri göstərilə bilər.

 

Dövlət hakimiyyəti orqanlarının vətəndaşlara əlçatan olması üçün qəbul cədvəllərinin daha aydın və təkmil hazırlanması, qəbul günləri barədə vətəndaşların daha ətraflı və düzgün məlumatlandırılması, habelə rəsmi internet səhifələrində qəbul cədvəllərinin yerləşdirilməsi və vaxtaşırı yenilənməsi, qəbul otaqlarında lazımi şəraitin yaradılması mühüm rol oynayır.

 

Dövlət hakimiyyəti orqanlarının saytlarının monitorinqi və təhlili bəzi qurumların qəbul cədvəllərində çatışmazlıqlar olduğunu göstərir. Belə ki, tərtib edilmiş qəbul cədvəllərinin qurumların rəsmi internet səhifələrində yerləşdirdikləri cədvəllərlə uyğunsuzluğu, o cümlədən qəbul günləri və saatlarının fərqliliyi, məhdudlaşdırılması və ya göstərilməməsi, cədvəllərin köhnə illərə aid olması, yaxud heç yerləşdirilməməsi ortaya çıxır. Düşünürük ki, aidiyyəti qurumlar göstərilən qüsurları aradan qaldıraraq lazımi tədbirlər görəcəklər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sağlamlığın təməl daşları - “Elə bir xəstəm olmayıb ki, bu 4 bitkidən birini yazmayım 30 mart 2020, 11:34 “Biz üç virusa qarşı mübarizə aparırıq”  - Siyavuş Novruzov   30 mart 2020, 11:32 Azərbaycanda  hərbi xidmətə çağırış müddəti UZADILDI 30 mart 2020, 11:30 Deputatlar iclasa maskada gəliblər 30 mart 2020, 11:26 Biz bu virusu hərbi hissələrə daşıya bilmərik - Ziyafət Əsgərov 30 mart 2020, 11:24 Koronavirus 25 milyon insanı işsiz qoyacaq - ŞOK PROQNOZ 30 mart 2020, 11:21 “İnanıram ki, biz bu vəziyyətdən üzüağ çıxacağıq” - Spiker 30 mart 2020, 11:18 Lənkəranda ağac kəsən şəxs cəzalandırılıb 30 mart 2020, 11:12 Milli Məclis soyqırımı qurbanlarını yad etdi 30 mart 2020, 11:05 Qubada evdən seyf oğurlayan şəxslər saxlanılıb - FOTO 30 mart 2020, 10:58 Aktrisalıqdan deputatlığa - Şəfiqə Məmmədovanın YUBİLEYİ 30 mart 2020, 10:52 Tanınmış azərbaycanlı aparıcı koronavirusa YOLUXDU? - “Haqqınızı halal edin”- FOTO 30 mart 2020, 10:46 “KORONAVİRUS”: jurnalist araşdırması nə GÖSTƏRDİ? 30 mart 2020, 10:43 Polis Şəkidə karantin qaydalarını pozan kafe aşkarladı - FOTO 30 mart 2020, 10:38 Koronavirus qurbanlarının sayı 34 mini keçdi 30 mart 2020, 10:32 Vüqar Həşimovun qardaşına vəzifə verildi   30 mart 2020, 10:26 Qardaşının qara kağızını alan, oğlunun vaxtsız ölümündən sarsılan XALQ ARTİSTİ - FOTOLAR 30 mart 2020, 10:20 İran 100 min məhkumu müvəqqəti evinə göndərdi 30 mart 2020, 10:05 Bakıda liftdə qalan şəxs xilas edilib 30 mart 2020, 09:58 Nazirlik xüsusi karantin rejimi dövründə işləyəcək obyektlərin adlarını açıqladı - SİYAHI 30 mart 2020, 09:52 65 il evli olan cütlük eyni gündə koronavirusdan öldü 30 mart 2020, 09:46 Konfederasiya sahibkarla bağlı təkliflərini hökumətə təqdim etdi 30 mart 2020, 09:42 Gəncədə karantin rejimini pozan gənclərin valideynlərinə XƏBƏRDARLIQ 30 mart 2020, 09:40 Dolların manata qarşı olan məzənnəsi AÇIQLANDI 30 mart 2020, 09:34 Düşmən bölmələrimizi iriçaplı pulemyotlardan ATƏŞƏ TUTDU 30 mart 2020, 09:28 Neft 20 dollara düşdü 30 mart 2020, 09:22 Lənkəran Şəhər İcra Hakimiyyəti: Yalan ayaq tutar yeriməz! 30 mart 2020, 09:16 Məktəblilərin şahmat üzrə onlayn yarışı keçirildi 30 mart 2020, 09:13 Koronavirusla bağlı SON STATİSTİKA  30 mart 2020, 09:10 Çində koronavirusa yoluxanların 93 faizi sağalıb 30 mart 2020, 09:04 Milli Məclis TOPLAŞIR 30 mart 2020, 08:58 Fransada 292 nəfər koronavirusdan öldü 30 mart 2020, 00:56 Gürcüstanda 91 nəfər koronavirusa yoluxub 30 mart 2020, 00:44 Azərbaycan futzalına ağır itki 30 mart 2020, 00:29 Bakıda restoran yandı 30 mart 2020, 00:14