Arxiv
19 Fevral 2020, 12:15 | AKTUAL
PA-nın şöbə müdiri parlament seçkilərindən yazdı: “Geriyə dönmək artıq mümkün deyil”

"Azərbaycanın böyük inamla qədəm qoyduğu 2020-ci il ictimai-siyasi, sosial-iqtisadi həyatın son dərəcə canlanması, cəmiyyətin bütün təbəqələrinin fəallaşması, Prezident İlham Əliyevin xalqımızı daha sanballı qələbələrə və uğurlara aparan dövlət siyasətini həyata keçirmək yolunda cəsarətli addımları ilə başladı. Sözsüz ki, yeni ildə hökm sürən bu ab-hava vətəndaşlarımızda ölkəmizin daha işıqlı gələcəyinə inamı artırıb".

 

Modern.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov “Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır” adlı məqaləsində ölkədə keçirilən son parlament seçkilərindən yazarkən bildirib.

 

"Azərbaycan xalqına ləyaqətlə xidmət edən, bütün sahələrdə islahatları şüurlu seçimə çevirən və bu islahatların alternativinin olmadığını bildirən dövlət başçısı İlham Əliyev Azərbaycanı elə bir inkişaf nöqtəsinə çatdırmış, elə relslər üzərinə qoymuşdur ki, buradan ancaq irəliyə, tərəqqiyə, müstəqilliyimizin əbədiliyinə doğru getmək olar. Yerində saymaq, geriyə dönmək artıq mümkün deyildir", - deyən S.İsmayılov qeyd edib ki, bu il fevralın 9-da ölkəmizin demokratik inkişaf tarixinə yeni səhifə yazıldı:

 

"Tam şəffaf və demokratik şəraitdə keçirilən, 59 beynəlxalq təşkilatın və 58 ölkənin 900-ə yaxın müşahidəçisinin izlədiyi parlament seçkiləri Azərbaycanın demokratik dəyərlərə sadiqliyini bir daha nümayiş etdirdi. Xalqımız yüksək fəallıq göstərdi və öz seçimini etdi. İnanırıq ki, VI çağırış Milli Məclisi formalaşdıracaq deputatlar onlara bəslənən ümidləri tam doğruldacaq, Azərbaycanda islahatların uğurla davam etdirilməsinə, qanunvericiliyin ölkənin artan inkişaf sürətinə uyğunlaşdırılmasına, hüquqi dövlətin daha da möhkəmlənməsinə öz töhfələrini verəcəklər.

Xalqımız nikbindir, ümidlidir, arxayındır. Çünki Azərbaycanın sürətlə irəlilədiyi inkişaf və tərəqqi yolu onu daha böyük qələbələrə aparacaq, dərin islahatlar çox yüksək nəticələr verəcək, iqtisadi və hərbi qüdrətimiz daha da artacaq və nəhayət, bu nailiyyətlər torpaqlarımızın azad edilməsi ilə nəticələnəcəkdir".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Fəzail Ağamalı qarət olmasından DANIŞDI 5 Aprel 2020, 20:22 AMEA karantin rejimində necə İŞLƏYİR? 5 Aprel 2020, 20:16 Teledərslərin sabahkı cədvəli AÇIQLANDI 5 Aprel 2020, 20:15 Gəncədə həyat yoldaşını yandıran şəxs saxlanıldı - TƏFƏRRÜAT 5 Aprel 2020, 20:04 Azərbaycanda koronavirusdan daha 2 şəxs vəfat etdi 5 Aprel 2020, 19:33 Koronavirusa yoluxan keçmiş Baş Nazir öldü 5 Aprel 2020, 19:07 “Təcili tədbir görülməsə, yoluxmalar daha da artacaq!” - Karantin həkimindən HƏYACAN TƏBİLİ 5 Aprel 2020, 18:40 Koronavirus Bakı küçələrini boş qoyub - FOTOLAR 5 Aprel 2020, 18:04 Çində koronavirusun ikinci dalğası başladı – KARANTİN 5 Aprel 2020, 17:47 Bu ölkə məscidləri bağlayır - Fətva verildi 5 Aprel 2020, 17:41 ASAN-dan tövsiyə: SMS müraciətlərini  1 saat öncədən həyata keçirsinlər 5 Aprel 2020, 17:39 Hollandiyada bir gündə 1224 nəfər koronavirusa yoluxub, 115-i ölüb 5 Aprel 2020, 17:24 Türkiyə vaksinin ilk sınağını keçirdi  5 Aprel 2020, 17:10 Şəkidə icazəsiz hərəkət edənlər barəsində qanunauyğun tədbirlər görülüb 5 Aprel 2020, 17:02 Mingəçevirdə qaydaları pozan 12 nəfər cərimələnib 5 Aprel 2020, 16:58 “Relax”da karantin müddətini başa vuran 197 nəfər evə buraxılıb - VİDEO 5 Aprel 2020, 16:44 Portuqaliyada daha 754 nəfər koronavirusa yoluxub 5 Aprel 2020, 16:44 FHN koronavirusla mübarizə üçün çağırış edib - VİDEO 5 Aprel 2020, 16:35 Bu ölkədə də koronavirus aşkarlandı 5 Aprel 2020, 16:34 Britaniyalılar hakimiyyətin çağırışına məhəl qoymayaraq gəzintiyə çıxıb 5 Aprel 2020, 16:22 Qubada 18 yaşlı oğlan yanaraq ölüb 5 Aprel 2020, 16:12 Bakıda icazə olmadan hərəkət edən şəxslər barədə tədbirlər görülüb 5 Aprel 2020, 15:58 İmişlidə karantin rejimini pozan 20 nəfər və 2 iaşə obyekti cərimə edilib 5 Aprel 2020, 15:46 Azərbaycan millisi dünya reytinqində irəliləyib 5 Aprel 2020, 15:41 Xoşmissiyalı koronavirus 5 Aprel 2020, 15:37 Azərbaycanda koronavirusa 63 yeni yoluxma qeydə alındı 5 Aprel 2020, 15:20 İndoneziyada koronovirusa yoluxanların sayı 2270 nəfəri ötüb 5 Aprel 2020, 15:15 Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır- Polad Bülbüloğlu 5 Aprel 2020, 15:11 Rusiyada koronavirusa yoluxanların sayı 5 400 nəfərə çatır 5 Aprel 2020, 15:05 Hondurasın eks-prezidenti ABŞ-da öldü 5 Aprel 2020, 14:58 "Fənərbağça"nın kapitanı azərbaycanlılara müraciət etdi  5 Aprel 2020, 14:51 İranda koronavirusdan ölənlərin sayı 3 600 nəfəri ötdü 5 Aprel 2020, 14:48 Naftalanda onlayn Yoqa məşğələləri – Evdə qal, sağlam qal! 5 Aprel 2020, 14:45 Azərbaycanda koronavirusla mübarizədə ordudan istifadə oluna bilərmi? – Fərid Şəfiyev cavablayır 5 Aprel 2020, 14:34 Evdən çıxarkən üstünüzdə bu sənədlər olsun - XƏBƏRDARLIQ 5 Aprel 2020, 14:22