Modern.az

Naxçıvanda “ASAN xidmət” Mərkəzi yaradıldı - SƏRƏNCAM

Naxçıvanda “ASAN xidmət” Mərkəzi yaradıldı - SƏRƏNCAM

Ölkə

19 Fevral 2020, 17:25

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 19-da Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında “ASAN xidmət” Mərkəzinin yaradılması haqqında Sərəncam imzalayıb.

 

Modern.az-ın məlumatına görə, sərəncamla Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında “ASAN xidmət” Mərkəzi yaradılır.

 

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti “ASAN xidmət” Mərkəzinin Əsasnaməsini və ştat strukturunu hazırlayıb təsdiq etməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?