Modern.az

ABŞ-ın keçmiş səfiri və həmsədri Azərbaycanda görüşlər keçirir

ABŞ-ın keçmiş səfiri və həmsədri Azərbaycanda görüşlər keçirir

19 Fevral 2020, 17:53

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində ABŞ -ın İrs Fondu (Heritage Foundation) və Xəzər Siyasi Mərkəzindən (Caspian Policy Center) olan nümayəndə heyəti ilə görüş keçirilib.

 

Modern.az xəbər verir ki, Xəzər Siyasi Mərkəzindən ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, səfir Riçard Hoqland, mərkəzin icraçı direktoru Əfqan Nifti, səfir Alan Mustard, səfir Syuzan Eliot, İrs Fondundan Lyuk Koffi ilə görüş zamanı çıxış edən BMTM-in sədri Fərid Şəfiyev bir ildir fəaliyyət göstərən mərkəz barədə məlumat verib. F.Şəfiyev bildirib ki, mərkəzin əsas fəaliyyət istiqaməti Azərbaycanın xarici siyasətinin və beynəlxalq əlaqələrin müxtəlif aspektlərini təhlil etməkdir. O, bu baxımdan Ermənistan-Azərbaycan münaqişəsinin və danışıqlar prosesinin təhlilinə xüsusi yer ayrıldığını vurğulayıb.

Fərid Şəfiyev həmçinin Azərbaycanın ABŞ-la əlaqələrə xüsusi önəm verdiyini deyərək mərkəz daxilində bu sahənin təhlili üçün ekspertin fəaliyyət göstərdiyini əlavə edib. O, iki ölkə arasında əlaqələrin möhkəmlənməsi istiqamətində bir sıra addımların atılmalı olduğunu əlavə edib.

 

Xəzər Siyasi Mərkəzi və İrs Fondundan olan nümayəndə heyəti ABŞ-Azərbaycan əlaqələrindən danışaraq  azərbaycanlıların ABŞ-ın həyatında iştirakının artırılması istiqamətində gələcəkdə görüşlə biləcək addımları müzakirə ediblər.

Tərəflər ABŞ Azərbaycan münasibətlərinin xüsusi istiqamətləri, Ermənistan-Azərbaycan münaqişəsi, gələcəkdə birgə tədbirlərin keçirilməsi ideyaları ətrafında müzakirələri davam etdiriblər. 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...