Modern.az

Rayon xəstəxanalarında tibb fakültələri açılacaq - Zaur Əliyev

Rayon xəstəxanalarında tibb fakültələri açılacaq - Zaur Əliyev

20 Fevral 2020, 11:32

"Bəzi rayonların xəstəxanalarında tibbi fakültələrin açılmasını hökumətə təklif etməyi düşünürük. Bununla bağlı yaxın vaxtlarda açıqlama veriləcək".


Modern.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bu gün Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında deyib.

 

O, qeyd edib ki, rayonlarda tibbin keyfiyyəti həqiqətən də mübahisəlidir:

 

"İlkin olaraq biz üstünlüyü xəstəxanaların yenidən qurulmasına yönəltmişik. Artıq xəstəxanalar tam hazırdır. Bundan sonrakı mərhələdə tibb personalının bilik və savadının artırılması istiqamətində işlər görüləcək. Tibb personalının təlim və təcrübə kurslarına cəlb olunması həyata keçiriləcək."

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı