Arxiv
20 Fevral 2020, 19:12 | AKTUAL
Tahir Mirkişili: “Bütün dünya şahidlik etsin…”

Fevralın 20-də Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) Daimi Komitəsinin iclası keçirilib.

 

Modern.az xəbər verir ki, Ermənistan nümayəndə heyətinin rəhbəri Hayk Koncoryan çıxışında ATƏT PA-nın prezidentinin bu ölkəyə səfərindən bəhs edib, eyni zamanda, ATƏT-in təsisatlarının və digər beynəlxalq qurumların qondarma Dağlıq Qarabağda keçiriləcək seçkiləri müşahidə etməsinin arzuedilən olduğunu vurğulayıb.

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti rəhbərinin müavini Tahir Mirkişili çıxışında qeyd edib ki, ATƏT-in iştirakçısı olduğu ölkələrdə seçkilərin müşahidəsini təşkilatın müvafiq qurumları həyata keçirir və bu proses ölkələrin beynəlxalq hüquqla təsbit olunmuş ərazi suverenliyinə hörmət əsasında baş tutur.

 

Fevralın 9-da ölkəmizdə növbədənkənar parlament seçkilərinin keçirildiyini qeyd edən T.Mirkişili deyib ki, Azərbaycan vətəndaşları bu seçkilərdə fəal iştirak edib və səsvermə hüququndan yararlanıb. Həmçinin bildirilib ki, Azərbaycanda mövcud 125 seçki dairəsindən 7-nin Ermənistanın təcavüzü nəticəsində ərazisi tamamilə, 3-nün isə qismən işğal edilmiş rayonlarda yerləşməsi səbəbindən həmin ərazilərdən didərgin salınmış məcburi köçkünlərin konstitusion səsvermə hüquqlarından öz ata-baba yurdlarında deyil, ölkəboyu yaradılmış 523 seçki məntəqəsində yararlanıb. Bu, həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçki müşahidə missiyasının aralıq hesabatında da əks olunub.

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki erməni mənşəli Azərbaycan vətəndaşları Mərkəzi Seçki Komissiyası, eləcə də Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması tərəfindən parlament seçkilərində səsvermədə iştiraka dəvət olunublar. Lakin Ermənistanın işğalçı siyasəti həmin ərazidə yaşayan Azərbaycan vətəndaşlarının öz seçki hüquqlarından istifadə etmələrinə imkan vermir.

 

T.Mirkişili çıxışının sonunda Ermənistan nümayəndə heyətinə çağırış edib: “İşğala son qoyun, işğalçı ordunuzu Dağlıq Qarabağ və ətraf rayonlardan çıxarın, sonra oradakı azərbaycanlı və erməni əsilli Azərbaycan vətəndaşlarının hüquqlarının qorunmasına və onların seçib-seçilmək hüququndan necə istifadə etmələrinə bütün dünya şahidlik etsin”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Fransada koronavirus qurbanlarının sayı 7091-ə çatdı 7 Aprel 2020, 21:47 Baş Nazir işsizlərə veriləcək birdəfəlik ödəmənin ŞƏRTLƏRİNİ TƏSDiQLƏDİ 7 Aprel 2020, 21:31 İşsizlikdən sığorta ödənişi xüsusi karantin rejimi bitənədək ödəniləcək - RƏSMİ 7 Aprel 2020, 21:27 Əli Əsədovdan əlilliyi olan şəxslərlə bağlı VACİB QƏRAR 7 Aprel 2020, 21:17 İtaliyada 17 127 nəfər koronavirusdan öldü 7 Aprel 2020, 21:03 Türkiyədə koronavirusdan ölənlərin sayı 725-ə çatdı 7 Aprel 2020, 20:52 Norveç Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər"i tanımır 7 Aprel 2020, 20:33 Şəxsiyyət vəsiqəsinin vaxtı keçən işsizlərə XƏBƏRDARLIQ 7 Aprel 2020, 20:16 Prezident koronavirusa yoluxanları şəxsən müalicə edəcək 7 Aprel 2020, 20:03 Bu ölkədə koronavirusdan bir gündə 403 nəfər öldü 7 Aprel 2020, 19:59 Gömrükçülər aztəminatlı ailələrə ərzaq yardımı etdilər 7 Aprel 2020, 19:52 Nazirlik “Virtual məktəb”ə qoşulan şagirdlərin sayını açıqladı 7 Aprel 2020, 19:35 Dövlət Komitəsi Gəncədə yandırılan qadını nəzarətə götürdü 7 Aprel 2020, 19:28 Komitə müəllimindən hamilə qalan şagird barədə açıqlama YAYDI 7 Aprel 2020, 19:23 Dünyanın ən varlı adamının adı AÇIQLANDI 7 Aprel 2020, 19:18 Siyavuş Novruzov: “Əfv sərəncamı Prezidentin vətəndaşlarına yüksək dəyər verməsinin daha bir ifadəsidir” 7 Aprel 2020, 19:00 Güclü külək Goranboyda fəlakət yaratdı - FOTO 7 Aprel 2020, 18:56 Həmrəy olaq, koronavirusa birlikdə qalib gələk! 7 Aprel 2020, 18:55 İqtisadiyyat Nazirliyindən maska istehsalı ilə bağlı AÇIQLAMA 7 Aprel 2020, 18:42 Nazirlik fərdi sahibkarlar üçün DSMF-yə ödəmələri yüngülləşdirə bilər 7 Aprel 2020, 18:41 Əfv olunan şəxslər istirahət mərkəzinə yerləşdirildi- RƏSMİ 7 Aprel 2020, 18:34 Azərenerjidən “Biz sizin üçün işləyirik. Siz bizim üçün evdə qalın!” videoçarxı 7 Aprel 2020, 18:29 “Nar” şəbəkəsi ölkəni fasiləsiz internetlə təmin edir 7 Aprel 2020, 18:19 Nazir: Birdəfəlik ödəmə üçün müraciət edənlərin 60 faizi haqqı olmayanlardı 7 Aprel 2020, 18:13 İstanbulda yaşayış binasında PARTLAYIŞ 7 Aprel 2020, 18:09 İşsizlikdən sığorta mexanizminin sadələşdirilməsi nəzərdə tutulur - Sahil Babayev 7 Aprel 2020, 18:00 Uşaqlar üçün koronavirus təhlükəsi barədə nağıl - FOTOLAR 7 Aprel 2020, 17:56 İşsiz statusu alanlara birdəfəlik ödəmələr bu tarixdən veriləcək 7 Aprel 2020, 17:50 Koronavirusa görə 6 xəstəxana quraşdırılacaq - SƏRƏNCAM 7 Aprel 2020, 17:44 Koronavirus bu ölkənin mövcudluğuna təhlükədir 7 Aprel 2020, 17:40 İcazə sistemi ilə bağlı 2 yeni funksiya yaradılıb 7 Aprel 2020, 17:34 İTV-nin Aprel döyüşləri haqqında sifariş etdiyi film efirə verilmədi - SƏBƏB 7 Aprel 2020, 17:27 Dolların sabaha olan məzənnəsi 7 Aprel 2020, 17:20 Dünya zənginlərinin yeni siyahısı AÇIQLANDI 7 Aprel 2020, 17:14 “8103”dən gələn SMS-ləri dəyişdirən şəxs həbs edilib 7 Aprel 2020, 17:07