Modern.az

Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının rəsmilərilə görüşəcək

Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının rəsmilərilə görüşəcək

20 Fevral 2020, 23:11

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi Direktorlar Şurasının XXI sessiyasında iştirak etmək üçün Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyadda səfərdədir.

 

Modern.az xəbər verir ki, dünən  öz işinə başlayan sessiyada gündəlikdə duran məsələlər, o cümlədən, bu ilin oktyabrında  ayına Ər-Riyadda keçiriləcək Dinlərarası Foruma hazırlıq məsələləri müzakirə olunub.

 

Sessiyada çıxış edən Şeyxülislam A. Paşazadə Direktorlar Şurasının  üzvlərinə bu ilin payızında Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin (BCİC) Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək irimiqyaslı beynəlxalq dinlərarası əməkdaşlıq konfransı barədə geniş məlumat verib. Daha sonra QMİ sədri sessiya iştirakçılarının suallarını cavablandırıb.

 

Direktorlar Şurasının üzvləri faydal müzakirələr aparıb, təkliflərini veriblər.

 

Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının rəsmiləri ilə bir sıra görüşlər  keçirəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI