Modern.az

Çində koronavirusdan ölənlərin sayı daha da artdı

Çində koronavirusdan ölənlərin sayı daha da artdı

Dünya

21 Fevral 2020, 08:54

Çində yeni koronavirus qurbanlarının sayı 2236 nəfərə qədər yüksəlib, 18 264 nəfər sağalıb.

 

Modern.az xəbər verir ki, bu barədə Çin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb.

 

Bildirilib ki, sutka ərzində koronavirusun səbəb olduğu xəstəlikdən 118 ölüm hadisəsi qeyd edilib, 2109 nəfər xəstəxanadan evə buraxılıb.

 

Çində yeni tip koronavirus virusuna yoluxanların ümumi sayı gündə 889 nəfər artaraq 75,4 min nəfəri keçib.

 

Çin hakimiyyəti qeyd edib ki, 31 vilayətin ərazisində hazırda 54,965 nəfər xəstələnib, onlardan 11,6 mininin vəziyyəti ağır kimi qiymətləndirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir