Arxiv
21 Fevral 2020, 15:04 | AKTUAL
Hadisə yerindən qaçan sürücü tutuldu - RƏSMİ

Fevralın 20-də Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisində 1981-ci il təvəllüdlü Zaman Abdullayevin idarə etdiyi “KİA” markalı 90-UB-986 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək reklam lövhəsinə çırpılması nəticəsində sürücü və sərnişinin aldıqları xəsarətlərdən hadisə yerində vəfat etmələri barədə daxil olmuş məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.

 

Baş Prokurorluqdan Modern.az-a verilən məlumata görə, aparılmış təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, “KİA” markalı avtomobil əvvəlcə eyni istiqamətdə hərəkətdə olan 1989-cu il təvəllüdlü Babalar Bayramovun idarə etdiyi “Ford” markalı 52-BK-626 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub, daha sonra idarəetməni itirərək reklam lövhəsinə çırpılıb, “Ford” markalı avtomobilin sürücüsü isə hadisə yerindən qaçıb.

 

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyət hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

 

Cinayət işi üzrə şahidlər dindirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

 

Aparılmış istintaqla hadisənin B.Bayramov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq törədilməsinə, daha sonra sonuncunun hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edildiyindən o, fevralın 21-də şübhəli şəxs qismində tutulub.

 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koronovirusla mübarizə məqsədilə Şura yanında İctimai Qərargah yaradıldı 4 Aprel 2020, 22:11 Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək - QƏRAR 4 Aprel 2020, 22:03 Əhali üçün güzəştli işıq limiti 100 kvts. həcmində ARTIRILACAQ 4 Aprel 2020, 21:56 Zəruri ərzaq və tibbi mallar idxal gömrük rüsumundan azad ediləcək 4 Aprel 2020, 21:48 Azərbaycanda sərnişindaşımaya 280 milyon manat ayrılacaq 4 Aprel 2020, 21:39 Azərbaycanda kapitalın və əmlakın amnistiyası nəzərdən keçiriləcək 4 Aprel 2020, 21:30 Sahibkarlara vergi stimulları və tətilləri veriləcək 4 Aprel 2020, 21:23 200 min isşizə birdəfəlik ödəniş veriləcək 4 Aprel 2020, 21:16 Azərbaycanda 50 min ictimai iş yeri yaradılır - 300 manat maaş veriləcək 4 Aprel 2020, 21:12 Azərbaycanda fərdi sahibkarlara veriləcək kompensasiyanın məbləği məlum oldu 4 Aprel 2020, 21:08 Azərbaycanda 300 min nəfərə 215 milyon kompensasiya veriləcək 4 Aprel 2020, 20:59 Əli Əsədov koronavirusa görə Tədbirlər Planını TƏSDİQLƏDİ 4 Aprel 2020, 20:46 Operativ Qərargahdan xaricdəki Azərbaycan vətəndaşlarına ÇAĞIRIŞ 4 Aprel 2020, 20:40 Heydər Əliyev Mərkəzindən koronavirusun geniş yayıldığı ölkələrə növbəti dəstək - FOTO+VİDEO 4 Aprel 2020, 20:37 Azərbaycana giriş-çıxış dayandırıldı - Rəsmi 4 Aprel 2020, 20:29 Zərdabda karantin rejimini pozan şəxs həbs edildi 4 Aprel 2020, 20:24 Mədət Quliyev Prezidentə MÜRACİƏT ETDİ 4 Aprel 2020, 20:15 Naxçıvan Qarnizonu Qoşunlarında döyüş atışlı taktiki təlim keçirilib 4 Aprel 2020, 20:06 Cinema Radio fəaliyyətini “Fakt Cinema” rubrikası ilə davam etdirir 4 Aprel 2020, 20:00 İqtisadi dəstək və sosial müdafiə proqramlarının DETALLARI açıqlandı 4 Aprel 2020, 19:52 “Aprel döyüşləri böyük zəfərin başlanğıcıdır” - Ağalar Vəliyev 4 Aprel 2020, 19:38 AQTA qida sahəsində çalışan işçilərlə bağlı sahibkarlara müraciət etdi 4 Aprel 2020, 19:28 Azərbaycanda koronavirusla mübarizə aparan həkimlər danışdı - Video 4 Aprel 2020, 19:14 Qubada karantin rejimini pozan çayxana aşkarlandı - VİDEO 4 Aprel 2020, 19:02 DİM rezidenturaya qəbul olmaq istəyənlərə müraciət etdi 4 Aprel 2020, 18:54 İnsanlar artıq vəziyyətin ciddiliyini qəbul edirlər - Deputat 4 Aprel 2020, 18:46 "Gəlin, gözəlliyimiz üçün qurbanlar verməyək" - Fəxriyyə Xələfova xanımlara SƏSLƏNDİ 4 Aprel 2020, 18:35 KİVDF-nin yeni rəhbəri kimdir? - DOSYE 4 Aprel 2020, 18:10 TƏBİB koronavirusa görə könüllü səhiyyə işçisi AXTARIR 4 Aprel 2020, 18:08 Təhsil Nazirliyinin yeni "Qaynar xətt"i istifadəyə verildi 4 Aprel 2020, 18:00 OPEC+ nazirlərinin görüşü niyə TƏXİRƏ SALINDI? 4 Aprel 2020, 17:55 Çində 3 dəqiqəliyə həyat dayandı - VİDEO 4 Aprel 2020, 17:50 Əcnəbilərin hərəkətinə də məhdudiyyət qoyulacaq 4 Aprel 2020, 17:23 Prezidentdən MTRŞ-ə yeni üzv təyinatı 4 Aprel 2020, 17:08 “...gəlin, hərə əlinə bir dəsmal götürüb ağlasın” - Hamlet İsaxanlı ilə #evdəqal SÖHBƏTİ 4 Aprel 2020, 17:01