Arxiv
21 Fevral 2020, 15:45 | AKTUAL
Gürcüstanda adam öldürüb Bakıda gizlənən şəxs tutuldu - FOTO

Gürcüstanda ağır cinayət törədərək Bakıda gizlənən silahlı şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində bir neçə əməliyyat tədbiri həyata keçirilib.

 

Bildirilib ki, Baş İdarəyə Elcan adlı şəxsin evində qanunsuz olaraq odlu silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub:

 

“Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs, Gürcüstan Respublikasının Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) maddəsi ilə beynəlxalq axtarışda olan, həmin ölkənin vətəndaşı Elcan Cəfərov paytaxtın Xətai rayonu ərazisində tutulub. Onun kirayədə yaşadığı mənzilə baxış zamanı oradan 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 1ədəd “F-1” qumbarası, 32 ədəd partron, habelə 8,895 qram narkotik vasitə heroin və 4,403 qram psixotrop maddə hesab edilən metamfetamin aşkar olunaraq götürülüb. Araşdırma zamanı Elcan Cəfərovun cinayətkar mühitə meyilli şəxs olduğu və əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum edildiyi məlum olub. ElcanCəfərov Gürcüstan Respublikasında ağır cinayət törətdiyi üçün bir müddət imiş ki, Bakı şəhərində gizlənirmiş”.

 

Məlumatda Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir uğurlu tədbir zamanı Balakən rayon sakini əvvəllər məhkum olunmuş Əli Muğumovun Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində tutulduğu qeyd olunub:

 

“Onun qəsəbə ərazisində kirayədə yaşadığı mənzilə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus 1 ədəd sandıqça və 16 ədəd patron aşkar edilərək götürülüb.

Elcan Cəfərov və Əli Muğumov barəsində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və barələrində Nərimanov rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxslərin ətralarının və onların cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Avtomobillə sərnişin daşıma qadağan olunacaq 4 Aprel 2020, 12:48 Sabahın HAVA PROQNOZU 4 Aprel 2020, 12:40 Evdə qal və əməliyyatları Müştəri Bank-la et! 4 Aprel 2020, 12:34 Din-dən jurnalistlərə xəbərdarlıq: Avtomobildən şəxsi məqsədləri üçün istifadə edə bilməzsiz 4 Aprel 2020, 12:32 Heydər Əliyevlə şair Qabilin zarafatları-2 - VİDEO 4 Aprel 2020, 12:27 Koronavirus beyinə ciddi zərər vura bilər  4 Aprel 2020, 12:25 “Bakının mərkəzindən kənarda olan rayonlarda belə, internet problemi var” - Distant təhsilə əngəl 4 Aprel 2020, 12:18 Polis karantin qaydalarını pozan 3 obyekt aşkarladı 4 Aprel 2020, 12:10 Koronavirus tələb edir: Əkinə yararlı torpaqlardan səmərəli istifadə olunsun 4 Aprel 2020, 12:06 106 yaşlı kişi koronavirusdan sağaldı 4 Aprel 2020, 11:55 Ermənistanda virusa yoluxanların sayı 800-ə yaxınlaşır 4 Aprel 2020, 11:45 Tibb Universitetinin könüllü tələbələri klinikalara GÖNDƏRİLDİ 4 Aprel 2020, 11:35 Azərbaycanda klinikanın 10 işçisində koronavirus AŞKARLANDI 4 Aprel 2020, 11:18 Türk PA Dağlıq Qarabağdakı qondarma seçkiləri qınadı 4 Aprel 2020, 11:13 Qənirə Paşayeva seçicilərinə yardım göndərdi 4 Aprel 2020, 11:08 Nazirlər Kabineti AYDINLIQ GƏTİRDİ: “Bu şəxslər mağaza, bank və apteklərə getməkdə sərbəstdirlər!” 4 Aprel 2020, 11:00 İbrahim Məmmədov: SMS-lə icazə polisin vətəndaşları qanunsuz cərimələməsinin qarşısını alacaq 4 Aprel 2020, 10:58 Gömrükçülər aztəminatlı ailələrə ərzaq yardımı etdilər   4 Aprel 2020, 10:53 BMT Azərbaycanın koronavirusla mübarizəsini alqışlayır 4 Aprel 2020, 10:52 Son sutkada karantin rejimini pozan 2189 sürücü və sərnişin CƏZALANIB 4 Aprel 2020, 10:46 İmmuniteti gücləndirən qidalar - SİYAHI 4 Aprel 2020, 10:45 Mərkəzi Bank hərraca 200 milyon manat cəlb edir 4 Aprel 2020, 10:36 Məşhur müğənni koronavirusa yoluxdu 4 Aprel 2020, 10:27 Neftin qiyməti yüksəlir 4 Aprel 2020, 10:19 Bazarlarda qiymətlər niyə qalxır... - REPORTAJ 4 Aprel 2020, 10:08 Bakıda zəncirvarı yol-nəqliyyat hadisəsi olub 4 Aprel 2020, 10:04 “Bütün əhali evdən çıxmadan testdən keçirilsin” - Karantin xəstəxanasının həkimi 4 Aprel 2020, 10:02 Astarada narkotacir iş başında yaxalandı 4 Aprel 2020, 09:50 ABŞ-dakı vətəndaşlarımıza onlayn konsulluq xidməti göstəriləcək 4 Aprel 2020, 09:49 Cəbhədə gərgin gecə - Pulemyotlar susmadı 4 Aprel 2020, 09:39 ABŞ-da pandemiyaya yoluxanların sayı 300 minə çatır 4 Aprel 2020, 09:28 II Dünya Müharibəsindən salamat çıxan amerikalı virusa da qalib gəldi 4 Aprel 2020, 09:19 Heydər Əliyevlə dost olan Xalq şairi - VİDEO 4 Aprel 2020, 09:15 Tramp niyə maska taxmır? 4 Aprel 2020, 09:14 Neftçilikdən aktyorluğa keçən SƏNƏTKAR - FOTOLAR 4 Aprel 2020, 09:08