Modern.az

İlqar Rəhimov I vitse-prezidenti işdən azad etdi

İlqar Rəhimov I vitse-prezidenti işdən azad etdi

21 Fevral 2020, 16:36

Bu gün Milli Paralimpiya Komitəsinin (MPK) Ümimi yığıncağı keçirilib.

 

Modern.az-ın məlumatına görə, Milli Olimpiya Komitəsinin inzibati binasında təşkil olunmuş toplantının gündəliyində qurumun Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar görülən işlər, Nizamnamədə dəyişikliklərinin təsdiq olunması və təşkilatı məsələlər yer alıb.

 

Yığıncaqda təşkilati məsələlərə də baxılıb. Üzvlərin səsverməsi nəticəsində MPK-nin I vitse-prezidenti Natiq Qasımov vəzifəsindən azad edilib, Yaşar Hacıyev isə vitse-prezident vəzifəsinə seçilib. MPK-nin İcraiyyə Komitəsi isə aşağıdakı tərkibdə seçilib.

 

Rəhimov İlqar Elxan oğlu - ARMPK-nin prezidenti, İcraiyyə komitəsinin sədri

 

Zəkiyev İlham Əizağa oğlu - ARMPK-nin vitse prezidenti

 

Hacıyev Yaşar Fərəc oğlu - ARMPK-nin vitse prezidenti Sumqayıt Paralimpiya İdman Kompleksinin direktoru

 

Məmmədov Kamal Cabir oğlu- ARMPK-nin baş katibi

 

Sultanova Afaq Vaqif qızı - Cüdo üzrə Paralimpiya çempionu

 

Kərimova Vüsalə Akif qızı- Əlil İdmançılara dəstək” İB-nin baş katibi, Əlil arabasında idman rəqsi, idmançı

 

Sadıxov Sadıx Asəf oğlu - "Neftçi” İC icraçı direktoru

 

Məmmədov Aydın Ağa əli oğlu - Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sector müdiri

 

Abdullayev Səmyar Abdulla oğlu - Gözdən Əlillər Cəmiyyətinin prezidenti,

 

Kərimov Mehman Bayram oğlu - Milli Olimpiya Komitəsinin şöbə müdiri

 

Abbasova Səlhət Manaf qızı - Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının məsul katibi

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi