Modern.az

Hacıqabulda mikroavtobus piyadanı vurub öldürdü

Hacıqabulda mikroavtobus piyadanı vurub öldürdü

24 Fevral 2020, 00:16

Bakı-Qazax yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az  "Report"a istinadən  xəbər verir ki, hadisə Hacıqabul rayonu, Padarçöl kəndində qeydə alınıb.

“Mercedes” markalı mikroavtobus yolu keçmək istəyən naməlum piyadanı vurub. Zərbənin təsirindən piyada hadisə yerindəcə dünyasını dəyişib. Onun meyiti müayinə edilməsi üçün Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir