Modern.az

Bakıda polisi qardaşı ÖLDÜRDÜ

Bakıda polisi qardaşı ÖLDÜRDÜ

Hadisə

25 Fevral 2020, 09:26

Bakıda polis əməkdaşı qətlə yetirilib.

 

Modern.az xəbər verir ki, hadisə paytaxtın Nərmanov rayonunda baş verib.

 

Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Ramazanov Araz İrza oğlu Nərimanov rayonu, M.Nağıyev küçəsi 3, mənzil 1-də yaşadığı ünvanda qardaşı, Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşı, 1989-cu il təvəllüdlü Ramazanov Anar İrza oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində Araz Ramazanov qardaşı Anar Ramazanovu bıçaqla qətlə yetirib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

 

Hadisəni törədən şəxs saxlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı