Modern.az

Dünya zənginləri 1 sutkada 140 milyard dollar İTİRDİ

Dünya zənginləri 1 sutkada 140 milyard dollar İTİRDİ

25 Fevral 2020, 11:28

Fevralın 24-ü dünya zənginləri üçün ciddi uğursuzluqla yadda qalıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ən zəngin 500 iş adamı ötən gün ərzində ABŞ və digər ölkələrdə indekslərin ucuzlaşması fonunda 139 milyard dollar itiriblər.

 

Fransanın “LVMH” şirkətlər qrupunun sahibi Bernar Arno və Amazon şirkətinin əsas səhmdarı Cef Bezos hər biri 4,8 milyard dollar kasıblayıblar.

İspaniyanın “Zara” brendinin sahibi Amansio Orteqi 4 milyard dollar, “Facebook”-un sahibi Mark Zukerberq 3,48 milyard dollar və “Google”-un həmtəsisçilərindən Larri Peyc 2,7 milyard dollar itirib.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər