Arxiv
25 Fevral 2020, 14:55 | TƏHSİL
Kurikulum və Boloniya sistemləri nə dərəcədə faydalıdır?

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərovun Kurikulum və Boloniya sistemlərinin ləğv olunması barədə çıxışından sonra bu sahədə müzakirələr aktivləşdi. Şura sədrinin öz təhsil konsepsiyası olduğunu açıqladı. Şahlar Əsgərov kurikulum və Boloniya sistemlərinin ölkə təhsilinə bir faydası olmadığını da dilə gətirdi.

 

Təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov Modern.az-a açıqlamasında kurikulum və Boloniya sistemlərini müzakirə edib.

 

“Əvvəlcə bu bilinməlidir ki, kurikulum yeni ortaya çıxan bir anlayış deyil. Bu söz əslində yeni gəlib çxsa da, anlayış olaraq Sovet dövründə də var idi. Kurikulum “tədris proqramı, yol, istiqamət” mənasına gəlir. Bundan əvvəl də bizim müxtəlif kurikulumlarımız olub. Kurikulum anlayışının yeni və tamamilə fərqli bir sistem olduğunu qələmə vermək yeniliyə qarşı müqavimət göstərən insanlarda qıcıq yarada bilir. Ona görə də bəlkə də biz bu prosesin əvvəlində 2008-ci ildə kurikulumun yeni tədris proqramı desəydik hər halda başqa bir reaksiya ilə qarşılaşa bilərdik.

Ümumiyyətlə, kurikulum Amerikada Con Levi adlanan şəxsin proqmatist fəlsəfəsindən ortaya çıxan  konstruktuviz təhsil yanaşmasını, yəni, şagirdin özünün elmi qurmağı lazım olduğunu müdafiə edən təhsil yanaşmasıdır. Ötən əsrin əvvəllərindən etibarən dünyada yayılmış təhsil sistemi 1950-ci ildən sonra miqyasını genişləndirib. Kuriklum şagirdi tədris və təhsilin mərkəzinə alan bir sistemdir. Yəni şagirdyönümlü,tələbəyönümlü təhsil anlayışıdır. Bu isə humanizm cərəyanının nəticəsi idi. Çünki əvəllər daha klassik şərq təhsilində və eyni zamanda qərb kilsə təhsilində görülən bu işi şagird təhsil sisteminin mərkəzində yox sadəcə bir obyekti olaraq başa düşürdü. Amma bu proses iştirakçı olaraq tam mənada dinlənilmirdi və yaxud dəyərləndirilmirdi. Lakin bu humanist cərəyanlar dünyada bütün sosial hadisələri öz təsiri altına aldı. Əlbəttə ki, təhsildə bundan istisna deyildi. Bunun nəticəsində təhsil sistemləri də mərkəz halına gəlmiş oldu.

 

Qoşqar Məhərrəmov qloballaşmanın təhsil sisteminə ciddi təsir etdiyini düşünür.

“1990-cı ildən sonra böyük dövlətlərin dağılmasından sonra başqa bir cərəyan olan qloballaşma cərəyanı ortaya çıxdı. Qloballaşma nəticəsində ölkələr bir-birinə öz məhsullarını satmaq üçün müəyyən standartlar yaratmağa başladı. Bununla bağlı olaraqda ali məktəblər yarandıki burda Boloniya sistemi tətbiq olunmağa başladı. Orta məktəblər də bir- birinə yaxın və eyni məzmunda proqramı tədris etsin deyə bu kimi beynəlxalq təhsil yanaşmaları, beynəlxalq təhsil kuriklumları ortaya çıxmağa başladı. Əlbəttə, Azərbaycan bu prosesdən özünü kənar tuta bilməzdi.  Ona görə də Boloniya sisteminə qoşuldu. Yeni kuriklum sistemi Azərbaycanda tətbiq olundu. Ona görə də hal-hazırda ali məktəblərdə olan Boloniya sistemini orta məktəbdə olan kuriklum sistemini nə qədər tənqid etsək də özümüzü tənqid etmiş sayılırıq. Kurikulum sistemində tənqidi azaltmaq üçün müəllimlərə müəyyən qədər muxtariyyət vermek, standartları konkretləşdirmək və bunun da nəticəsində müəllimlərin təhsil sitemində müəyyən qədər rahatlıq əldə etməsini təmin edə bilərik. Beləliklə, biz əslində daha humanist cərəyana doğru addımlamış ola biərik”.

 

Səkinə ƏLƏKBƏROVA

 

 

 

 

 

 

 

 

 

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda bəzi yerlərdə ov etmək qadağan olunacaq 31 mart 2020, 17:33 Deputatlardan çağırış: “Müharibədir, səfərbər olmalıyıq” 31 mart 2020, 17:26 Koronavirusdan sağalan xəstələrdə hansı fəsadlar ola bilər? 31 mart 2020, 17:05 Rüştü Rəcbərin vəziyyəti kritikdi – koronavirusa görə 31 mart 2020, 16:58 Ölkəmizdə koronavirusa doğru pik gediş var - DEPUTATDAN HƏYƏCAN TƏBİLİ 31 mart 2020, 16:52 Metronun fəaliyyəti tam DAYANDIRILIR 31 mart 2020, 16:46 Həqiqi hərbi xidmətə çağırışın müddəti uzadıldı - SƏRƏNCAM 31 mart 2020, 16:42 Azərbaycan parlamentində onlayn iclas  31 mart 2020, 16:41 Bu ölkədə “koronavirus” sözü qadağan edildi 31 mart 2020, 16:38 Vətəndaşları bütün qaydalara əməl etməyə çağırıram - Prezident 31 mart 2020, 16:32 “Tibbi sığorta haqqında” qanuna dəyişiklik edildi 31 mart 2020, 16:26 İlham Əliyev: “Dinamikanın artmasına səbəb bəzi vətəndaşların məsuliyyətsizliyidir” 31 mart 2020, 16:20 Polşadakı azərbaycanlılar təxliyə olunmalarını gözləyir 31 mart 2020, 16:14 Azərbaycanda koronavirusdan ölənlərin sayı 5-ə çatdı - 24 nəfər yoluxdu 31 mart 2020, 16:07 Mikayıl Cabbarovdan nazirliyin tabeliyində olan qurumların rəhbərlərinə MÜRACİƏT 31 mart 2020, 16:02 Ermənilər tarixi cinayətlərinə görə cavab verəcəklər - Bəyanat 31 mart 2020, 15:56 Prezident Mikayıl Cabbarovu qəbul etdi 31 mart 2020, 15:50 Rövşən Rzayev videoqəbul keçirdi - FOTOLAR 31 mart 2020, 15:45 Goranboyda 68 tənha ahıl ailəyə ərzaq paylanılıb 31 mart 2020, 15:40 Azərbaycanda virusa yoluxma sayı gündəlik artır - Operativ Qərargah 31 mart 2020, 15:33 Ermənistan Rusiyadan qazın qiymətini ucuzlaşdırmasını istəyir 31 mart 2020, 15:32 Koronavirusa yoluxanların sayı 800 mini ötdü 31 mart 2020, 15:21 Azərbaycan dövləti müstəqillik tarixinin ən böyük iqtisadi dəstək proqramını həyata keçirir - Naqif Həmzəyev 31 mart 2020, 15:15 Sabaha olan teledərsin cədvəli açıqlandı 31 mart 2020, 15:08 Koronavirusa yoluxmama ümidi ilə... 31 mart 2020, 15:01 BMU-da tədrisin onlayn təşkilinin ilkin nəticələri müzakirə olunub 31 mart 2020, 14:56 İcbari tibbi sığortanın tətbiqi gələn ilə QALDI 31 mart 2020, 14:50 Bakıda dəfn mərasimində insident, Şaumyanla Rəsulzadənin uğursuz danışıqları  - SOYQIRIMININ XRONİKASI 31 mart 2020, 14:45 Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən pulun məbləği 100 milyon manatı keçib 31 mart 2020, 14:38 Mətbuat Şurası jurnalistlərə xüsusi rejimlə bağlı TÖVSİYƏLƏR VERDİ 31 mart 2020, 14:32 “Burda da əvvəl virusu ciddiyə alan yox idi” - Norveçdə yaşayan azərbaycanlı jurnalistlə #evdəqal SÖHBƏTİ 31 mart 2020, 14:26 Millət vəkili: “Atılan addımlar yaxın gələcəkdə səmərə verəcək”   31 mart 2020, 14:26 Rusiyada karantin şərtlərini pozanlar həbs OLUNACAQ 31 mart 2020, 14:22 DİN:  Zərurət olmadan şəxsi avtomobildən istifadə etməyin” 31 mart 2020, 14:19 “NEON MMC” Koronovirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat ayırdı 31 mart 2020, 14:12