Modern.az

Qalib Salahzadənin oğlunun dairəsində məntəqənin nəticəsi ləğv olundu

Qalib Salahzadənin oğlunun dairəsində məntəqənin nəticəsi ləğv olundu

Parlament

25 Fevral 2020, 17:06

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 27 saylı Sabunçu ikinci seçki dairəsi üzrə daxil olmuş müraciətə baxılıb.

 

Modern.az xəbər verir ki, müraciət haqqında araşdırmanı MSK üzvü Qabil Orucov aparıb. O qeyd edib ki, həmin dairədən qeydə alınmış namizəd, Müsavat Partiyasının üzvü Gülməmməd Abdullazadənin şikayətinə görə seçki günü dairənin bir neçə məntəqəsində pozuntulara yol verilib.

 

Q. Orucovun sözlərinə görə, araşdırma zamanı 34 saylı seçki məntəqəsində seçicilərin iradəsini əks etdirməyən məqamlar aşkarlanıb. MSK üzvünün təklifi, komissiyanın ekspert qrupunun rəyi ilə 27 saylı seçki dairəsinin 34 saylı seçki məntəqəsində səsvermənin nəticələri ləğv edilib.

 

Qeyd edək ki, bu dairədən lider namizəd Əliabbas Salahzadədir. O, keçmiş deputat Qalib Salahzadənin oğludur.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir