Modern.az

"Gənclər Azərbaycanda seçki prosesində yüksək rol oynadı" - MSK sədri

Aktual

25 Fevral 2020, 22:07

"Parlament seçkiləri Azərbaycan tarixində əhəmiyyətli hadisədir".

Modern.az xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov seçkilərlə bağlı yekun protokolun muzakirəsi zamanı deyib.

 

Sədr bildirib ki, xüsusilə gənc nəsil Azərbaycanda seçki prosesində yüksək rol oynadı:

"Kifayət qədər çox namizəd qatıldı. Onların əksəriyyəti gənclər idi. Beynəlxalq müşahidə sahəsində də əhəmiyyətli dönüş oldu.


Bütün vətəndaşlara namizəd kimi qeydə alınmağa lazımi  şərait yaradıldı. Bütün Azərbaycan ərazisi təşviqat aparmaq üçün əlverişli oldu.

Sosial şəbəkə fenomeni seçkilərin ayrılmaz hissəsinə çevrildi. Bu seçkilər üçün sosial şəbəkələr xüsusi rol oynadı.
Telefon qurğularının köməyi ilə  məntəqələrdəki halları ictimaiyyətə çatdırıldı.
95-96 faiz məntəqədə prosesin normal idarə olunduğunu məhz bu cihazlar vasitəsilə təsdiqini tapdı.

Sosial şəbəkələrdə elə görüntülər paylaşılıb ki, tam əminliklə 95-96 faiz seçki məntəqəsində səsvermənin şəffaf keçirildiyini deməyə kifayət qədər əsas yaranır.

Müxtəlif dövlət qurumları da seçkilərlə bağlı vəzifələrinin öhdəsindən yüksək səviyyədə gəldilər".

1324 namizədin bülletenlərə daxil edildiyini diqqətə çatdıran MSK sədrinin sözlərinə görə, onların əksəriyyəti gənclərdir:

"Səsvermə geniş müşahidəçilik missiyasını həyata keçirilən ölkələrin nümayəndələri baxımından zəngin idi. İndiyə qədər görünməmiş miqyasda Azərbaycanda keçirilən seçkilərə diqqət özünü göstərdi.

İstənilən halda xoşagəlməz hallardan sığortalanmaq mümkün deyil".

Məzahir Pənahov əlavə edib ki, 4 Seçki dairəsində, o cümlədən kifayət qədər çox seçki məntəqəsində səsvermənin nəticələri ləğv edilib:
"Hər bir addım ictimaiyyətin gözü qarşısında baş verdi. Seçki komissiyaları vəzifələrinin öhdəsindən yetərincə gələ bildi. Təbii ki, proseslər çox gərgin gedirdi. Nəzərə almalıyıq ki, iştirakçıların sayı ən yüksək göstəricilərdən kifayət qədər çox idi.
Seçkilərlə bağlı Azərbaycan ictimaiyyətində canlanma müşahidə olundu. Seçkilər ümumilikdə ictimaiyyəti razı saldı. Razı qalmayanlar isə Seçki Məcəlləsinə uyğun əlavə addımlar ata bilərlər".

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır