Modern.az

Mingəçevirdə güclü külək ağacı qadının üzərinə aşırıb

Mingəçevirdə güclü külək ağacı qadının üzərinə aşırıb

26 Fevral 2020, 00:18

Mingəçevirdə güclü küləyin təsiri nəticəsində 37 yaşlı qadının üstünə ağac aşıb.

Modern.az  APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə Nəriman Nərimanov küçəsində 1 saylı tam orta məktəbin qarşısında baş verib.

Qırılan ağaclardan biri 1983-cü il təvəllüdlü şəhər sakini Ağasıyeva Səbinə Nazim qızının başına düşüb. Başı yarılmış halda xəstəxanaya çatdırılan yaralı dərhal əməliyyat olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir