Modern.az

“Barselona” İtaliyadan vacib qolla dönür

“Barselona” İtaliyadan vacib qolla dönür

26 Fevral 2020, 02:26

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində "Napoli" - "Barselona" matçı baş tutub.

 

Modern.az xəbər verir ki, gərgin keçən bu qarşılaşmada tərəflər hərəyə bir qolla kifayətlənirlər.

 

Hesabı oyunun 30-cu dəqiqəsində Mertensin qolu ilə italyanlar açıb. 

 

Matçın 57-ci dəqiqəsində katalonların fransız hücumçusu Antuan Qrizman bərabərlik qolunu vurub. 

 

89-cu dəqiqədə "Barselona"nın oyunçusu Arturo Vidal iki sarı vərəqə və ardınca qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Lakin "Napoli" əsas vaxta artırılmış 5 dəqiqədə bu üstünlükdən istifadə edərək qələbə qolunu vura bilməyib. Əksinə Lionel Messinin təhlükəli reydləri ilə üz-üzə qalıb.

 

Oyun 1-1 hesabı ilə başa çatıb.

 

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü "Kamp Nou"da keçiriləcək. 

 

T.İSMAYIL

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır