Modern.az

CHP-li deputatın Xocalı PAYLAŞIMI

CHP-li deputatın Xocalı PAYLAŞIMI

26 Fevral 2020, 11:59

Xocalı faciəsinin törədilməsindən 28 il ötür. Tək Azərbaycanda deyil, dünya ölkələrinin bir çoxunda da bu günlə bağlı sosial şəbəkələrdə paylaşımlar edilir, faciə dünya ictimaiyyətinə çatdırılır.

 

Qonşu ölkə Türkiyədə də Xocalı soyqırımı ilə bağlı aktiv olaraq müəyyən şəxslər paylaşımlar edir.

Modern.az xəbər verir ki, Türkiyənin İzmirdən seçilən CHP-li deputatı Atilla Sertel  də öz növbəsində “Tvitter” hesabında paylaşım edərək Xocalı faciəsini törədənləri qınayıb:

 

“28 il öncə bu gün 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər Azərbaycan türkü Xocalı faciəsində həyatının itirdi. Bu faciə nəticəsində öldürülən insanların bədənlərində işgəncə izləri müşahidə edilib. Qətliamdan sağ qurtulan 487 nəfər isə ağır yaralı idi. 1275 nəfər azərbaycanlı həmin gün ermənilərə əsir düşüb. 68 qadın, 26 uşaq və ümumilikdə 150 nəfərədən isə hələ ki, heç bir xəbər yoxdur”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?