Arxiv
26 Fevral 2020, 12:38 | ÖLKƏ
Zakir Qaralov köməkçisini yeni vəzifəyə TƏYİN ETDİ

Baş prokurorun köməkçisi Zaur Axundzadə Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

 

Modern.az-ın məlumata görə, bu barədə Baş Prokurorluğun veb-saytının müvafiq bölməsində məlumat verilib.

 

Baş Prokurorluğun Mətbuat xidməti faktı təsdiqləyib.

 

Zaur Axundzadə Baş prokurorun köməkçisi vəzifəsindən əvvəl Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ayrı-ayrı idarələrində prokuror və digər məsul vəzifələrdə çalışıb.

 

Qeyd edilməlidir ki, ölkəmizdə uğurla reallaşdırılan dövlət gənclər siyasətinə uyğun olaraq 2002-ci ildən etibarən gənc hüquqşünasların prokurorluq orqanlarına işə qəbulu test üsulu ilə həyata keçirilir.

 

Şəffaf və ədalətli prosedurlar əsasında müsabiqə yolu ilə aparılan işə qəbulun bu mütərəqqi yolu prokurorluğun kadr tərkibinin hərtərəfli biliyə və yüksək mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsi üçün geniş imkanlar yaratmışdır.

 

Təqdirəlayiq haldır ki, müsabiqə yolu ilə qulluğa qəbul olmuş yüksək nəzəri bilik və peşə hazırlığı ilə fərqlənən gənc prokurorluq işçilərinə yüksək etimad göstərilərək onlar müxtəlif vəzifələrə, o cümlədən rayon prokuroru, Baş Prokurorluğun idarə rəisinin müavini, şöbə rəisi və sair kimi məsul vəzifələrə irəli çəkilirlər.

 

Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralovun imzaladığı əmrlə Baş prokurorun köməkçisi, ədliyyə müşaviri Zaur Axundzadənin Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin rəisi vəzifəsinə təyin edilməsi ölkəmizdə dövlət gənclər siyasətinin reallaşdırılmasının müsbət nəticəsi və prokurorluq orqanlarında aparılan kadr islahatlarının uğurudur.

 

Bununla yanaşı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbəsinin rəisi, baş ədliyyə müşaviri Anar Nəsibov tutduğu vəzifədən azad edilərək Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəis müavini təyin edilib.

 

Bu barədə Baş Prokurorluğun vebsaytının müvafiq bölməsində məlumatlar yenilənib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə vaksinin ilk sınağını keçirdi  5 Aprel 2020, 17:10 Şəkidə icazəsiz hərəkət edənlər barəsində qanunauyğun tədbirlər görülüb 5 Aprel 2020, 17:02 Mingəçevirdə qaydaları pozan 12 nəfər cərimələnib 5 Aprel 2020, 16:58 “Relax”da karantin müddətini başa vuran 197 nəfər evə buraxılıb - VİDEO 5 Aprel 2020, 16:44 Portuqaliyada daha 754 nəfər koronavirusa yoluxub 5 Aprel 2020, 16:44 FHN koronavirusla mübarizə üçün çağırış edib - VİDEO 5 Aprel 2020, 16:35 Bu ölkədə də koronavirus aşkarlandı 5 Aprel 2020, 16:34 Britaniyalılar hakimiyyətin çağırışına məhəl qoymayaraq gəzintiyə çıxıb 5 Aprel 2020, 16:22 Qubada 18 yaşlı oğlan yanaraq ölüb 5 Aprel 2020, 16:12 Bakıda icazə olmadan hərəkət edən şəxslər barədə tədbirlər görülüb 5 Aprel 2020, 15:58 İmişlidə karantin rejimini pozan 20 nəfər və 2 iaşə obyekti cərimə edilib 5 Aprel 2020, 15:46 Azərbaycan millisi dünya reytinqində irəliləyib 5 Aprel 2020, 15:41 Xoşmissiyalı koronavirus 5 Aprel 2020, 15:37 Azərbaycanda koronavirusa 63 yeni yoluxma qeydə alındı 5 Aprel 2020, 15:20 İndoneziyada koronovirusa yoluxanların sayı 2270 nəfəri ötüb 5 Aprel 2020, 15:15 Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır- Polad Bülbüloğlu 5 Aprel 2020, 15:11 Rusiyada koronavirusa yoluxanların sayı 5 400 nəfərə çatır 5 Aprel 2020, 15:05 Hondurasın eks-prezidenti ABŞ-da öldü 5 Aprel 2020, 14:58 "Fənərbağça"nın kapitanı azərbaycanlılara müraciət etdi  5 Aprel 2020, 14:51 İranda koronavirusdan ölənlərin sayı 3 600 nəfəri ötdü 5 Aprel 2020, 14:48 Naftalanda onlayn Yoqa məşğələləri – Evdə qal, sağlam qal! 5 Aprel 2020, 14:45 Azərbaycanda koronavirusla mübarizədə ordudan istifadə oluna bilərmi? – Fərid Şəfiyev cavablayır 5 Aprel 2020, 14:34 Evdən çıxarkən üstünüzdə bu sənədlər olsun - XƏBƏRDARLIQ 5 Aprel 2020, 14:22 Apteklərdəki spirtlə bağlı əhaliyə ciddi xəbərdarlıq 5 Aprel 2020, 14:14 Bakıda qadın yanğın zamanı özünü binadan yerə ataraq ölüb 5 Aprel 2020, 14:06 Ukraynada koronavirusdan ölənlərin sayı isə 32-yə çatıb 5 Aprel 2020, 14:05 Daha 2 ölkədə koronavirus aşkarlandı 5 Aprel 2020, 14:04 Mariya Stadnik Olimpiya reytinq siyahısında ikinci pillədə qərarlaşıb 5 Aprel 2020, 14:02 Bu ölkədə bir gündə 6000-dən çox insan koronavirusa yoluxub 5 Aprel 2020, 13:58 Karantin rejimini pozan Lənkəran sakini həbs edilib 5 Aprel 2020, 13:44 Qoşulmama hərəkatı serparatçıların Qarabağda keçirdiyi qodarma seçkiləri tanımır 5 Aprel 2020, 13:34 Üçüncü dünya müharibəsi alimlərin “savaşı” olacaqmı?! 5 Aprel 2020, 13:25 Çernobıl AES ərazisində yanğın baş verib 5 Aprel 2020, 13:25 ADA Universiteti təhsili onlayn rejimdə davam etdirir 5 Aprel 2020, 13:18 Ötən ay Türkiyədə 80-dən çox terrorçu zərərsizləşdirilib 5 Aprel 2020, 13:10