Arxiv
26 Fevral 2020, 17:26 | AKTUAL
“Xocalı soyqırımı - Unutmadıq! Unutmarıq” - FOTO

Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri  olan Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib.Bu gün universitetdə bütün fakültələrdə ilk dərslər  Xocalı faciəsinə, soyqırım qurbanlarının xatirəsinə həsr edilib.

 

Modern.az xəbər verir ki, universitetin kitabxanasında faciənin dəhşətlərini əks etdirən  kitab, məcmuə, buklet, qəzet, foto-şəkillərdən ibarət sərgi təşkil olunub.

 

Səhər saatlarında LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov başda olmaqla universitetin professor-müəllim- tələbə heyəti Lənkəran  şəhərinin mərkəzində soyqırım qurbanlarının xatirəsinə ucaldılmış  abidə   kompleksi ziyarət edərək şəhidlərin ruhuna ehtiram əlaməti olaraq   önünə təzə-tər qərənfillər düzüblər.

 

Anım mərasimi  “Xocalı soyqırımı-Unutmadıq! Unutmarıq!” adlı  tədbirlə davam etdirilib.Tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Professor Natiq İbrahimov 28 il öncə baş verən Xocalı soyqırımını Azərbaycan xalqının tarixində qanla yazılmış  səhifə  adlandırıb,  qətlyam törədənlərin  hələ də layiqli cəzalarını almadığını, intiqam gününün  isə uzaqda olmadığını qeyd edib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin “Xocalı xalqımızın sağalmaz dərdidir, xalqımıza qarşı törədilən soyqırımdır” fikrini dəstəkləyən  universitet  rəsmisi  erməni qəsbkarlarının tarix boyu xalqımıza olmazın faciələr yaşatdığını deyərək gəncləri unutqan olmamağa, tarixin ibrət dərslərindən  lazımi nəticə çıxarmağa, mərd, mübariz olmağa  çağırıb.Professor N.İbrahimov həm də  bu gün dünyanın  onlarla ölkəsində Xocalı faciəsinin soyqırım kimi qəbul edilməsini düzgün yeridilən xarici siyasətimizin nəticəsi kimi dəyərləndirib.

 

Universitetin Tarix və onun tədrisi kafedrasının  dosenti  Rakif İbadov “Xocalı faciəsi XX əsrin ən böyük qətlyamıdır” mövzusundakı  məruzəsində faciəni doğuran səbəbləri həmin dövrdə dünyada və Azərbaycanda baş verən ictimai-siyasi hadisələr fonunda ətraflı təhlil edib,onun ağır nəticələrindən danışıb.Azərbaycan xalqına qarşı törədilən bu vandalizm aktını soyqırım adlandıran məruzəçi dünya siyasi güclərinin ikili siyasət yeritdiyini deyərək faciəni törədənlərin hələ də cəzalandırılmadığını pisləyib.İqtisadiyyat və innovativ idarəetmə kafedrasının müdiri, professor Telman İmanov, Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası kafedrasının baş müəllimi Qədim Rufullayev çıxışlarında 28 il öncə baş vermiş hadisələri tarixi və ədəbi konteksdə təhlil edərək iştirakçılara Xocalı faciəsi barədə ətraflı məlumat veriblər.

 

Anım tədbirləri  Xocalı qətlyamına həsr olunmuş  videofilmin nümayişi ilə yekunlaşıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident və birinci xanım maska istehsalı müəssisəsinin AÇILIŞINDA - YENİLƏNİB 6 Aprel 2020, 16:09 Putin Paşinyanla qazın qiymətini müzakirə edib 6 Aprel 2020, 16:06 Pensiya və müavinət alanlara şad xəbər - ödənişləri istənilən bankomatlardan əlavə faiz tutulmadan çıxara bilərsiz 6 Aprel 2020, 15:58 Ölkə ərazisində yağıntılı hava şəraiti davam edəcək - FAKTİKİ HAVA 6 Aprel 2020, 15:52 Vergi hesabatlarının verilməsi müddətləri AÇIQLANDI 6 Aprel 2020, 15:48 Bakıda saxta icazə arayışını 20 manata satan şəxs tutuldu 6 Aprel 2020, 15:44 Azərbaycanda daha 57 şəxsdə koronavirus aşkarlandı, 12 nəfər sağaldı 6 Aprel 2020, 15:32 "Dərs vaxtı"nın 7 aprel cədvəli 6 Aprel 2020, 15:24 Bu ölkədə pandemiya qurbanlarının sayı 13 mini ötdü 6 Aprel 2020, 15:22 Bir uşağın koronavirusa yoluxması nənə-babasının ölümünə SƏBƏB ola bilər 6 Aprel 2020, 15:16 Gənclər “Tələbə baharı”na dəvət olunur 6 Aprel 2020, 15:11 Koronavirusla mübarizə mövzusunda hekayə müsabiqəsi elan olundu 6 Aprel 2020, 15:03 Prezidentlərin oxuduğu azərbaycanlı YAZIÇI 6 Aprel 2020, 15:03 Həcc ziyarəti ləğv olunmaya bilər 6 Aprel 2020, 15:01 Bakıda keçiriləcək beynəlxalq sərgilərin vaxtı dəyişdirildi 6 Aprel 2020, 14:59 Qənirə Paşayeva 500 veterana tibbi-qoruyucu vasitə göndərdi 6 Aprel 2020, 14:52 Azərbaycanda hərbi çağırışçılara MÜRACİƏT 6 Aprel 2020, 14:43 COVİD-19-dan ölənlərin sayı 70 mini keçdi 6 Aprel 2020, 14:29 Neftin taleyi cümə axşamı HƏLL OLUNACAQ: ya havayı olacaq, ya da... - ŞƏRH 6 Aprel 2020, 14:27 ABŞ-ın baş infeksionistindən bədbin proqnoz: “Koronavirusu tam məhv etmək mümkün olmayacaq” 6 Aprel 2020, 14:01 Bəzi tələbələrin təhsil haqqını dövlət ödəyəcək - Layihə hazırlanır 6 Aprel 2020, 13:55 Neftlə bağlı Moskva və Ər-Riyadın razılaşmadığı əsas MƏQAM 6 Aprel 2020, 13:44 Milli Məclisin iki deputatı TƏBİB-in çağırışına qoşuldu: Könüllü olmağa hazırıq 6 Aprel 2020, 13:40 Sabahın HAVA PROQNOZU - güclü külək, yağış... 6 Aprel 2020, 13:27 Koronavirus nə zaman bitəcək? – Ekspertlərdən fərqli PROQNOZLAR 6 Aprel 2020, 13:19 Koronavirusdan sağalan hamilə qadın uşaq dünyaya gətirdi 6 Aprel 2020, 13:17 Ermənistanda qadın minaya düşdü 6 Aprel 2020, 13:13 Gürcüstanda COVİD-19-a yoluxanların sayı artdı 6 Aprel 2020, 13:05 Dövlət Neft Fondu proqnozları AÇIQLADI 6 Aprel 2020, 12:53 İsveçdə koronavirusla mücadilədə niyə küçəyə çıxmağa qadağa qoyulmur? 6 Aprel 2020, 12:49 Mədəniyyət Nazirliyi “Yaradıcılığı evdə öyrən” layihəsinə başlayıb 6 Aprel 2020, 12:46 Cəbhədə düşmən təxribatı: 1 erməni hərbçi yaralandı 6 Aprel 2020, 12:44 Rüstəm Xəlilov Hacıqabulda monitorinq apardı  - FOTO 6 Aprel 2020, 12:29 Elman Rüstəmov yenidən Mərkəzi Bankın rəhbəri təyin ediləcək? 6 Aprel 2020, 12:20 Azərbaycan nefti 20 faizədək bahalaşdı 6 Aprel 2020, 12:20