Modern.az

9 il əvvəl qətl törədən Gəncə sakini Zaqatalada TUTULDU

9 il əvvəl qətl törədən Gəncə sakini Zaqatalada TUTULDU

Aktual

26 Fevral 2020, 18:17

Zaqatalada uzun illər öncə qətl törədən Gəncə sakini saxlanılıb

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, Zaqatala Rayon Polis və Prokurorluq əməkdaşlarının birgə keçirdikləri istintaq əməliyyat-axtarış tədbirləri nəticəsində 9 il əvvəl qətl törədən şəxs saxlanılıb.

 

Belə ki, 2011-ci ildə Zaqatala şəhər sakini S.Eyyubovanı yaşadığı evdə  bıçaqla qətlə yetirərək hadisə yerindən yayınan şəxsin Gəncə şəhər sakini Polad İsmayılov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb və törətdiyi cinayət əməlini etiraf edib.

 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır