Modern.az

Çempionlar Liqasının oyunları təxirə salındı - koronavirusa görə

Çempionlar Liqasının oyunları təxirə salındı - koronavirusa görə

Aktual

26 Fevral 2020, 18:34

Asiya Çempionlar Liqasının mart ayında Cənubi Koreyada keçirilməli olan oyunları ləğv olunub.

 

Modern.az xəbər verir ki, buna koronavirus epidemiyası səbəb olub.

 

ÇL-də iştirak edən yerli klublar - "Seul", "Ulsan", "Suvon" və "Çonbuk"un 3-4 mart tarixlərində evdə oynamalı olduqları matçlar qeyri-müəyyən müddətədək təxirə salınıb (report). 

Qeyd edək ki, Cənubi Koreyada koronavirusa 1 146 yoluxma halı qeydə alınıb. Bunlardan 12-si ölümlə nəticələnib. Epidemiyaya görə yerli çempionatın startı (29 fevral) da təxirə salınıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır