Modern.az

İdlibdə 2 türk əsgəri həlak oldu

İdlibdə 2 türk əsgəri həlak oldu

Aktual

27 Fevral 2020, 09:10

Suriyanın hökumət ordusu İdlib deeskalasiya zonasında Türkiyə hərbçilərinin mövqeyinə hava zərbəsi endirib.

 

Modern.az-ın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində deyilir.

 

Məlumatda bildirilir: "İdlib regionunda hərbçilərimizin mövqeyin endirilən hava zərbəsi nəticəsində 2 hərbçimiz şəhid olub, 2-si isə yaralanıb".

 

Qeyd edilir ki, Türkiyə Silahlı Qüvvələri buna cavab olaraq Suriyanın hökumət ordusunun mövqelərinə zərbələr endirir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyevin ŞOK səs yazısı yayıldı - Görün nələr dedi?!