Modern.az

Bakı-Gürcüstan avtobuslarının gediş-gəliş dayandırılıb? - RƏSMİ

Bakı-Gürcüstan avtobuslarının gediş-gəliş dayandırılıb? - RƏSMİ

Aktual

27 Fevral 2020, 10:39

Bakıdan Gürcüstana yollanan avtobusların gediş-gəlişində heç bir məhdudiyyət yoxdur.

 

Modern.az xəbər verir ki, bu barəd Trend-ə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, iki ölkə arasında olan sərhəddə yaranmış məhdudiyyət barədə quruma məlumat daxil olmayıb:

 

"Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə belə bir məluamt daxil olmayıb. Əgər avtobusların gediş-gəlişində hər hansısa məhdudiyyət yaranarsa, bu barədə sərnişinlərə bildiriləcək".

 

Azərbaycan Dəmir Yolları Qapalı Səhimdar Cəmiyyətindən də hər hansı bir məhudiyyətin olmadığı bildirilib:

 

"Bu günədək sərnişinlər arasında koronavirusa yoluxma halı qeydə alınmayıb. Sərnişinlərdən xahiş olunur ki, əgər onlar özlərində narahatlıq hiss edərlərsə, qızdırma, tənəffüs yollarında problem yaranarsa, qatar bələdçilərinə müraciət etsinlər".

Sizə yeni x var
Keçid et
Türkiyədən Bakıya ŞOK HÜCUMLAR - Arxasında kimlər var?