Modern.az

Koronavirus turistlərin sayını azaldacaq

Koronavirus turistlərin sayını azaldacaq

27 Fevral 2020, 12:51

“Ötən il Azərbaycan turizmi mənfi tendensiya ilə başlamışdı, bu il isə müsbət tendensiya ilə başlayıb. İndi koronavirusa görə bu dövrləri müqayisə etmək hələ tezdir”.

 

Modern.az xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib. O qeyd edib ki, koronavirus Azərbaycanın sərhədlərində yenidir:

 

“Yanvar ayında koronavirus Çində yayıldı, lakin bir o qədər də qlobal səviyyədə deyildi. Yanvarda gələn turistlərin sayında 18 faiz artım var idi. Fevralda da rəqəmlər müsbət olacaq, çünki bazar bir o qədər də reaksiya verməyib. Fevralın iki ongünlüyündə İran təşvişi yaşanmayıb. Lakin fevralın 3-cü ongünlüyündə bununla bağlı dünyada vəziyyət dəyişdi. İtaliya, Avropanın digər ölkələri, Gürcüstanda xəstəlik aşkarlandı, Türkiyə sərhədlərini bağlayıb. Ətraf ölkələrdə ciddi problemlər var".

 

K.Quluzadə vurğulayıb ki, martın birinci yarısının sonunda tendensiyanın nədən ibarət olacağı, rəqəmlərin neçə dəyişəcəyi məlum olacaq:

 

“Biz ümid edirik ki, illik rəqəmlərimiz mənfi olmayacaq. Ola da bilər, bu hadislərin gedişatından asılıdır. Amma gözlədiyimiz qədər dəqiqliklə proqnozlaşdırma çətindir. Ötən ilin sonunda biz gələn xarici vətəndaşların sayında 10 faizlik artım proqnozlaşdırırdıq. Yəqin ki, bu rəqəm artıq alınmayacaq. Koronavirusa görə hadisələr regionumuzda və dünyada hər gün dəyişir və bu nəzərə alınmalıdır”.

 

Mətbuat katibi qeyd edib ki, Dövlət Turizm Agentliyi hər bir ssenariyə hazırdır:

 

“Ölkədə Novruz bayramına hazırlıqlar davam edir. Novruzla əlaqədar şənliklərin keçirilməsi, tədbirlərin olması hamısı qüvvədədir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir