Modern.az

Koronavirus müayinəsi üçün Astarada saxlanılan şəxslərin VİDEOsu araşdırılır

Koronavirus müayinəsi üçün Astarada saxlanılan şəxslərin VİDEOsu araşdırılır

27 Fevral 2020, 14:00

İrandan Azərbaycana qayıdan və koronavirus şübhəsilə saxlanan vətəndaşlar tərəfindən Astarada çəkilən video geniş müzakirələrə səbəb olub. Videoda danışan vətəndaş bildirir ki, onlara 1 saatlıq müayinədən sonra buraxılacaqları deyilsə də 6-7 saatdır gözləyirlər. Şəxs onların müayinə üçün gətirildiyi xəstəxanada müayinə üçün heç bir şərait olmadığını, gigiyenik qaydalara riayət edilmədiyini bildirir.

 

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) mətbuat katibi Aynurə Əhmədova Modern.az-a bildirib ki, hazırda həmin video qurum tərəfindən araşdırılır:

 

“Videonun harada çəkildiyi müəyyənləşdikdən sonra ictimaiyyətə geniş açıqlama veriləcək”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır