Arxiv
28 Fevral 2020, 17:16 | AKTUAL
Əziz Mirəhmədovun 100 illik yubileyi qeyd ediləcək

Prezident İlham Əliyev Əziz Mirəhmədovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. 

 

Modern.az-ın məlumatına görə, sərəncamda bildirilir ki, 2020-ci ildə Azərbaycan ədəbiyyatşünaslığının görkəmli nümayəndəsi, tanınmış tənqidçi və mətnşünas alim, Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Əziz Mirfeyzulla oğlu Mirəhmədovun anadan olmasının 100 illiyi tamam olur.

 

Professor Əziz Mirəhmədov ömrünün altmış ilini ədəbiyyat tariximizin xüsusən XIX əsri və XX əsrin əvvəllərini əhatə edən dövrünün sistemli tədqiqinə həsr etmiş, sanballı araşdırmaları ilə milli ədəbiyyatşünaslıq elmini zənginləşdirmişdir. Alimin Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə və Məhəmməd Hadi kimi qüdrətli ədəbi şəxsiyyətlər haqqında ictimai fikir cərəyanları ilə bədii fikrin əlaqələrini vəhdətdə götürən fundamental əsərləri ədəbiyyatşünaslığımızın nailiyyətləri sırasında özünəməxsus yer tutur. Əziz Mirəhmədovun Azərbaycan romantizminin estetik prinsiplərinə dair ümumiləşdirici mülahizələri bu istiqamətdə sonrakı tədqiqatlar üçün elmi-metodoloji baza rolu oynamışdır.

 

Ölkəmizdə ədəbiyyatşünaslıq ensiklopediyasının əsas yaradıcılarından olan Əziz Mirəhmədov, eyni zamanda, mətbuat tariximizin öyrənilməsində əhəmiyyətli işlər görmüşdür. “Əkinçi” qəzetinin və “Molla Nəsrəddin” jurnalının yeni əlifba ilə nəşr edilərək geniş oxucu auditoriyasına çatdırılması alimin mətnşünaslıq sahəsində təqdirəlayiq fəaliyyətinin nəticələrindəndir. Əziz Mirəhmədov yüksəkixtisaslı elmi kadrlar hazırlanmasına böyük əmək sərf etmişdir.

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafında mühüm xidmətlərini nəzərə alaraq, görkəmli alim Əziz Mirəhmədovun anadan olmasının 100 cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

 

1.Azərbaycan Milli Elmlər Akademiyası Əməkdar elm xadimi Əziz Mirəhmədovun 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Tanınmış azərbaycanlı aparıcı koronavirusa YOLUXDU - FOTO 30 mart 2020, 10:46 “KORONAVİRUS”: jurnalist araşdırması nə GÖSTƏRDİ? 30 mart 2020, 10:43 Polis Şəkidə karantin qaydalarını pozan kafe aşkarladı - FOTO 30 mart 2020, 10:38 Koronavirus qurbanlarının sayı 34 mini keçdi 30 mart 2020, 10:32 Vüqar Həşimovun qardaşına vəzifə verildi   30 mart 2020, 10:26 Qardaşının qara kağızını alan, oğlunun vaxtsız ölümündən sarsılan XALQ ARTİSTİ - FOTOLAR 30 mart 2020, 10:20 İran 100 min məhkumu müvəqqəti evinə göndərdi 30 mart 2020, 10:05 Bakıda liftdə qalan şəxs xilas edilib 30 mart 2020, 09:58 Nazirlik xüsusi karantin rejimi dövründə işləyəcək obyektlərin adlarını açıqladı - SİYAHI 30 mart 2020, 09:52 65 il evli olan cütlük eyni gündə koronavirusdan öldü 30 mart 2020, 09:46 Konfederasiya sahibkarla bağlı təkliflərini hökumətə təqdim etdi 30 mart 2020, 09:42 Gəncədə karantin rejimini pozan gənclərin valideynlərinə XƏBƏRDARLIQ 30 mart 2020, 09:40 Dolların manata qarşı olan məzənnəsi AÇIQLANDI 30 mart 2020, 09:34 Düşmən bölmələrimizi iriçaplı pulemyotlardan ATƏŞƏ TUTDU 30 mart 2020, 09:28 Neft 20 dollara düşdü 30 mart 2020, 09:22 Lənkəran Şəhər İcra Hakimiyyəti: Yalan ayaq tutar yeriməz! 30 mart 2020, 09:16 Məktəblilərin şahmat üzrə onlayn yarışı keçirildi 30 mart 2020, 09:13 Koronavirusla bağlı SON STATİSTİKA  30 mart 2020, 09:10 Çində koronavirusa yoluxanların 93 faizi sağalıb 30 mart 2020, 09:04 Milli Məclis TOPLAŞIR 30 mart 2020, 08:58 Fransada 292 nəfər koronavirusdan öldü 30 mart 2020, 00:56 Gürcüstanda 91 nəfər koronavirusa yoluxub 30 mart 2020, 00:44 Azərbaycan futzalına ağır itki 30 mart 2020, 00:29 Bakıda restoran yandı 30 mart 2020, 00:14 Bu futbolçular maaşlarını əvvəlki kimi alacaq 29 mart 2020, 23:54 Qənirə Paşayeva 200-dən çox ailəyə tibbi-gigiyenik vasitələr göndərəcək 29 mart 2020, 23:37 ABŞ-dan Çinə qarşı 20 trilyonluq bioloji silah ittihamı 29 mart 2020, 23:31 Bir gündə daha 756 italiyalı koronavirusdan öldü 29 mart 2020, 23:15 Koronavirus sürətlə yayılır - Yoluxanların sayı 700 mini ötdü 29 mart 2020, 22:50 Abituriyentlərə şad xəbər: Bu imtahanlar pulsuz oldu - SİYAHI 29 mart 2020, 22:37 İranda koronavirusun müalicəsi üçün bitki tərkibli dərman sınaqdan keçirilir 29 mart 2020, 22:20 Fransada koronavirusa yoluxan azərbaycanlı sağalıb 29 mart 2020, 22:04 Sumqayıtda 20 ictimai köməkçi cəlb ediləcək 29 mart 2020, 21:47 Bakıda şəxsi avtomobillərin hərəkətinə qadağa qoyulmayıb - Vaqif Əsədov 29 mart 2020, 21:42 Üç avtobusun hərəkət sxemində dəyişiklik edilib 29 mart 2020, 21:29