Modern.az

8 Mart günü gül dükanlarında qiymətlər - Fotolar

8 Mart günü gül dükanlarında qiymətlər - Fotolar

Mədəni̇yyət

8 Mart 2020, 11:45

8 Mart-Beynəlxalq Qadınlar Günüdür. Bu gündə  zərif cins nümayəndələrinin 45%-i 8 Martda gül-çiçək gözləyir. Həmin gün xanımlara gül hədiyyə etmək niyyətində olan kişilər isə 54%-dir. Başqa sözlə, qadınların bu arzusu artıqlaması ilə həyata keçir.

 

Modern.az gül mağazaları arasında ümumi sorğu keçirdib.

 

Ağ çiçəyim gül salonunda edilən sorğuya görə güllərin qiyməti gülün növünə, rənginə görə dəyişir. Ötən ilə nisbətən güllərin qiymətində 50 qəpiyə qədər  qalxma hiss olunur. 8 mart münasibətilə qalxma hiss olunmur. Baha gülün sırasına Şəbə növlü xarixi gül daxildir. Qiyməti 25 manatdır. Əsasən kişilər qızılgülə, rozaya, polivoy, adlı güllərə üstünlük verirlər. Rozalar 4-5 manat qiymətlər arasında bölünür. Qızıl güllər isə rənginə görə qiymətlərə bölünür. Qırmızı rəng qızılgüllər 5 manat digər rənglər isə 4 manat təşkil edir. Buketlərdə isə güllərin sayına və növünə görə qiymətlər dəyişir.Koronavirus sebebiyle alıcılarda zeifleme olduğunu da qeyd etdilər. Hətta gülləri İrandan gətirdiklərinə görə koronavirus bunada təsir etmişdi.

 

Vedi gül evi gül salonunda edilən sorğuya əsasən ötən ilə nisbətən çox az miqdarda bahalaşma olduğunu qeyd etdi. Güllərin qiyməti 4-5 manat təşkil edir. Hazır buketlərin qiyməti isə 10 manatdan başlayır. Rəngindən asılı olmada bütün rəng qızıl güllərin qiyməti isə 3 manatdır. 8 mart münasibəti ilə bahalaşma hələki gözlənilmir. Bu gül evinə güllər Hollandiyadan gəlir. Satıcı koronavirus səbəbiylə alıcılarda zəifləmə olduğunu söylədi.

 

Rozmari gül salonu ötən ilə nisbətən bahalaşma olmadığnı söyləyir. Ən çox satılan güllər arasında qızıl güllərin olduğunu qeyd edir. Qiymətlər 4-6 manat aralığında dəyişir. Ən bahalı gül orxideya adlı gül sayılır. Qiyməti 50 manatdır. 8 Martda 1, 2 manat bahalaşma olacağı gözlənilir. Bunun səbəbini isə güllərin xaricdən baha gəldiyinə  bağlayır. Rozmari gül salonunun əməkdaşı koronavirus səbəbiylə alıcılarda heç bir zəifləmə olmadığını qeyd edir.

 

Gloria & Royal Rose gül salonunun əməkdaşı qeyd edir ki ötən ilə nisbətən qiymətdə heç bir dəyişiklik yoxdur. Paliboy adlı gül varki qiyməti 3 manat təşkil edir. Ən çox satılan gül roza sayılır. Qiyməti isə 4 manatdır. Digər ən çox satılan gül isə qızıl güllərdir ki, rəngindən asılı olmayaraq qiyməti 4 manatdır. 8 Martda isə heç bir bahalaşma gözlənilmir. Güllər hamısı yerlidir.  Gül salonunun əməkdaşı alıcılarda heç bir zəifləmə olmadığını qeyd edir.

 

Gloria gül salonunun əməkdaşı qiymətlərdə heç bir fərq olmadığını ötən ilki qiymətlərin eynən qaldığını vurğulayır. Ən çox satılan gülün qızılgül olduğunu qeyd edir. Qızıl gülün qiymeti ise 5 manatdır. 8 Mart münasibetile müəyyən qədər bahalaşma olacağını da qeyd edir.

 

Səbinə gül salonunun əməkdaşı ötən ilə nisbətən müəyyən qədər bahalaşmanın olduğunu diqqətə çatdırır. Daha çox satılan gülün isə qızılgül olduğunu qeyd edir. O söyləyirki qızılgülün qiyməti onun boyuna və rənginə görə dəyişir. 4-6 manat aralığında dəyişir qiymətlər. Alıcılarda heç bir azala müşahidə olunmur.

 Səkinə Ələkbər

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər