Arxiv
10 mart 2020, 16:55 | DİASPOR
“Qarabağ” məktəbinin müəllimi: Ümumavropa Qarabağ mitinqi milli birliyimizin nümunəsi idi

Polşada 3 ildir ki, yaşayan azərbaycanlı Fizzə Haqverdizadə qısa müddətdə yerli cəmiyyətə inteqrasiya etməyi bacarıb. Modern.az xəbər verir ki, həmvətənimiz Polşadakı iki ali məktəbdə - Vistula Universiteti, eyni zamanda Varşava Maliyyə və Menecment Universitetində ingilis dilini tədris edir. Bununla yanaşı, diaspor fəaliyyətində aktiv iştirak edən Fizzə xanım Varşavadakı “Qarabağ” məktəbinin müəllimidir, balaca soydaşlarımıza Azərbaycanı daha yaxından tanıdır, dilimizi, tariximizi, mədəniyyətimizi, dəyərlərimizi onlara aşılayır...

 

 

-Fizzə xanım, özünüz haqqında məlumat verərdiniz...

-Bakı şəhərində anadan olmuşam. Təhsilim barədə uzun-uzun danışa bilərəm, çünki həyatımın böyük bir hissəsini təşkil edir. İngilis dili filologiyası üzrə bakalavr və birinci magistr dərəcəmi Azərbaycanda tamamladım sonra isə Varşava Dövlət Universitetində ikinci magistratura təhsilimi aldım. İkinci magistr ixtisasım isə Beynəlxalq Biznesin İdarəedilməsidir. Qeyd edim ki, Varşava Dövlət Universitetinin sırf bu fakültəsi Avropa üzrə reytinqlərdə ikinci sıradadır. İş təcrübəmin böyük hissəsini ingilis dili müəllimliyi peşəsi tutur ki, hazırda da bu sahədə işləyirəm - Varşavada iki özəl universitetdə dərs deyirəm.

 

 

- Polşa köçməyiniz təhsilinizlə bağlı olub?

- Düzü, mən öz təhsilimi ABŞ-da davam etdirmək istəyirdim və artıq doktorantura üçün müraciət edib, qəbul almışdım, amma ailə həyatı qurmağımla əlaqədar Polşanı seçdim və bura gəldim, 2017-ci ildən Varşavada yaşayıram.

 

 

- Polşaya adaptasiya prosesiniz neçə keçdi?

- Düzünü desəm, mənim üçün adaptasiya mərhələsi elə də çətin olmadı. Hətta bura gəldikdən bir ay sonra hazırda işlədiyim universitetdən iş təklifi aldım. Mənə elə gəlir ki, qısa müddət ərzində iş təklifi almağım və öz ixtisasım üzrə işləməyə başlamağım adaptasiya dövrünü maksimum dərəcədə qısaltdı. Düzdür, həm təhsil almaq, həm də işləmək çətin idi, amma mən artıq bu çətin qrafikə Bakıdan öyrənmişdim. Bakıda da təhsil aldığım müddətdə öncə Fizika-Riyaziyyat təmayüllü liseydə sonra isə Bakı Slavyan Universitetində işləmişəm.

 

 

-Diaspor fəaliyyətinə necə başladınız?

- Diaspor işinə gəldiyim gündən başlamışam deyə bilərəm. Yanvarın 15-də Polşaya gəldim, həmin ərəfədə həyat yoldaşım – Varşava Azərbaycanlıları Birliyinin rəhbəri Rəsul Məmmədov 20 Yanvar hadisələri ilə əlaqədar tədbirlərə hazırlaşırdı və polyak ictimaiyyətinə tariximizi ən düzgün, effektiv şəkildə necə çatdıra biləcəyini planlayırdı. Beləliklə, diaspor işinə ilk dəfə 20 Yanvar həqiqətlərini polyak ictimaiyyətinə çatdırmaqla başladım. Bundan sonra müxtəlif tədbirlər keçirdik, Novruz bayramında milli rəqslərimizi hazırladıq və təqdim etdik, turizm sərgisi təşkil etdik və s. və i.

 

 

- Belə bir fikirn var ki, diaspor işi könül işidir, siz necə düşünürsüz?

- Diaspor işi əlbəttə ki, könül işidir. Vətənin tarixi həqiqətlərini, milli-mədəni dəyərlərini könül vermədən təbliğ etmək sadəcə olaraq qeyri-mümkündür. Qanlı və şanlı tarixini, milli-mədəni dəyərlərini, Qarabağ həqiqətlərini maddiyyat güdərək necə etmək mümkündür? Hər kəs bu işdə könüllü olmalıdır ki, vətənimizi təbliğ edək. Vətənə zərbə vurmağa heç kim, heç vaxt haqq qazandıra bilməz və bu bağışlanılmaz bir şeydir.

Təəssüf ki, diaspor işini rəsmi dövlət işi kimi görən və daim müəyyən məsələlərin təşkili üçün dövlətdən dəstək gözləyən müəyyən insanlar da var. Halbuki, qeyd etdiyimiz kimi, diaspor işi könül işidir. Sən, mən, o birləşib Azərbaycan diasporunu formalaşdırırıq və hər kəs öz bacarığı çərçivəsində tarixi həqiqətlərimizi, milli-mədəni dəyərlərimizi dünyaya çatdırır. Bunu anlamayan bəzi insanlarımız tədbirlərə qoşulmur və ya heç bir iş görmür, iş görənləri isə tənqid edir. Tənqid daim olmalıdır, amma dediyim kimi diaspor işi könül işidir, gərəkdir ki, hər bir azərbaycanlı bu məsələdə bir olsun, dəstək olsun.

 

 

-Siz həm də “Qarabağ” həftəsonu məktəbinin müəllimisiz. Buradakı azərbaycanlı uşaqlarla bağlı fikirlərinizi bilmək istərdik. Onların böyüyüb xalqımızın və dövlətimizin maraqlarını yaşadıqları ölkədə müdafiə edə bilməsi üçün indidən nələri aşılamaq lazımdır?

- Uşaqlar ağ səhifədir, indidən bu səhifəyə nə yazsan, onu biləcək və həqiqət sanacaq. Biz maksimum dərəcədə çalışmalıyıq ki, uşaqlarımız bəddüşüncəli insanların təsirinə düşməsin. Əlimizdən gələni etməliyik ki, övladlarımız tariximizi, dəyərlərimizi, həqiqətlərimizi bilsin və bunları gələcəkdə vətəndaşı olduqları, yaşadıqları ölkələrdə təbliğ etsinlər.

 

 

- Polşadakı Azərbaycan diasporunun fəaliyyətini necə dəyərləndirərdiniz?

 

- Deyə bilərəm ki, gündən-günə inkişaf var, xüsusi ilə son illər ərzində silsilə tədbirlər keçirilir. Mən xüsusi olaraq bizim təşkilatın – Varşava Azərbaycanlıları Birliyinin də təmsil olunduğu Koordinasiya Şurasının əhəmiyyətini qeyd etmək istərdim. Belə bir Şuranın yaradılması təşkilatların birliyini möhkəmləndirdi, onlar artıq birlikdə hərəkət edir, birgə tədbirlər keçirir və tək güc olaraq düşmənə zərbə endirilir.

 

 

- Son illər Polşada azərbaycanlıların sayının sürətlə artması da bu prosesə öz təsirini göstərə bilərmi?

- Təbii ki, ən əsası milli birliyimizin olmasıdır. Milli birliyimiz olarsa şübhəsiz ki, qarşımızda heç kim dayana bilməz və öz həqiqətlərimizi dünya ictimaiyyətinə çatdıra bilərik. Polşadakı azərbaycanlılar arasında ciddi fikir ayrılığı yoxdur və milli mənafeyimizin qorunmasında birgə addımlayır, bir-birinə dəstək olurlar. Məsələn, bu yaxınlarda Berlin şəhərində baş tutmuş Ümumavropa Qarabağ Mitinqinə Polşadan kifayət qədər azərbaycanlı qoşuldu. Mən deyərdim ki, bu mitinq son illər aparılan siyasətin nəticəsi olaraq millii birliyimizin bariz nümunəsi idi.

 

 

- Diasporumuzun fəaliyyətini gücləndirmək, ölkəmizi Polşada tanıtmaq üçün hansı işləri görmək lazımdır?

 

- Az öncə də qeyd etdiyim kimi ən əsası milli birlikdir. Əgər hər bir azərbaycanlı vətənimizi təbliğ etmək yolunda bacardığını etsə, ən azından oxuduğu universitetdə, işlədiyi müəssisədə çevrəsindəkilərə Azərbaycan haqqında danışsa bu özü böyük bir işdir. Məhz Polşa barədə danışsaq, polyak xalqı Azərbaycan və onun tarixi haqqında artıq kifayət qədər məlumatlıdır, amma bu o demək deyil ki, biz işi dayandırmalıyıq. Çünki bədnam qonşularımız bir saniyə belə dayanmır və əks-təbliğat aparır. Onlar daim tanıdıqları polyaklara öz yalanlarını doğru kimi danışır, polyakların düşüncəsində şübhələr yaratmağa çalışsa da bu hal üstünlük təşkil etmir. Belə ki, bir çox polyak ölkəmizin həqiqətlərini yaxşı bilir, hətta bəzi dostlarımız könüllü şəkildə bizimlə bərabər Azərbaycanı təbliğ edirlər. Bu dostları bir neçə dəfə Azərbaycana da dəvət etmişik, qonaqpərvərliyimizdən, paytaxtımızın gözəlliyindən, insanların səmimiliyindən çox məmnun qalıblar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Baş həkim bu əməllərinə görə həbs edilib 25 Yanvar 2021, 13:58 İrfan Sapmaz illər sonra xəbər müxbirliyinə QAYITDI 25 Yanvar 2021, 13:54 Milli Məclisin komitəsi Qarabağda İCLAS KEÇİRƏCƏK 25 Yanvar 2021, 13:50 Ermənistan diaspor dayağını necə itirib? 25 Yanvar 2021, 13:47 Azərbaycanda 281 vəzifəli şəxsin işi məhkəmələrə göndərilib 25 Yanvar 2021, 13:43 Nazirlikdən sahibkarın meşələri məhv etməsi xəbərinə REAKSİYA 25 Yanvar 2021, 13:38 44 günlük Vətən savaşından bəhs edən “Müzəffər Ali Baş Komandan” kitabı çap edilib 25 Yanvar 2021, 13:32 Birdəfəlik əkin subsidiyası torpaq kateqoriyasına görə veriləcək 25 Yanvar 2021, 13:27 Məhkumlar arasında koronavirusdan ölən olub? - Rəsmi cavab 25 Yanvar 2021, 13:22 Ədliyyə Nazirliyində 62 siyasi partiya qeydiyyatdan keçib 25 Yanvar 2021, 13:16 Tarixçi alim: “Hacı Zeynalabdin Tağıyevin doğum tarixi bilinmir” 25 Yanvar 2021, 13:12 Ermənilər Qarabağda 7 min fərdi ev TİKƏCƏK 25 Yanvar 2021, 13:06 Azərbaycanda bir ildə qeydə alınan məhkumların SAYI 25 Yanvar 2021, 13:03 Sabahın hava PROQNOZU 25 Yanvar 2021, 13:00 “Ötən il 254 cinayətkar qrup zərərsizləşdirilib” - Baş prokuror 25 Yanvar 2021, 12:57 Tərkibində qadın olan oğru dəstə saxlanıldı - FOTO 25 Yanvar 2021, 12:54 Vüqar Səfərlinin məhkəməsi təxirə salındı 25 Yanvar 2021, 12:50 Xəstələrə göndəriş vərəqəsinin verilməsi qaydası TƏSDİQLƏNDİ 25 Yanvar 2021, 12:45 Minsk Qrupu regiona yeni səfərə HAZIRLAŞIR 25 Yanvar 2021, 12:41 Azərbaycanda boşanma ərizəsi verən 288 ər-arvad fikrini DƏYİŞDİ 25 Yanvar 2021, 12:40 Nardaranda silahlı şəxs tutuldu - FOTO+VİDEO 25 Yanvar 2021, 12:36 Azərbaycan və İran xarici işlər nazirləri GÖRÜŞDÜLƏR 25 Yanvar 2021, 12:33 Rektor imtahan ərəfəsində tələbələrlə görüşdü 25 Yanvar 2021, 12:30 Azərbaycan Qarabağda vuruşan 17 muzdlu döyüşçünü AXTARIR 25 Yanvar 2021, 12:28 “Zülmətdən gələn işıq”   25 Yanvar 2021, 12:24 Azərbaycanlıların ən çox sevdiyi qız və oğlan ADLARI 25 Yanvar 2021, 12:20 Ötən il İraqdan 194 uşaq Azərbaycana gətirilib 25 Yanvar 2021, 12:15 Qəbələdə təbiətə 1 675 manatlıq ziyan vuruldu 25 Yanvar 2021, 12:10 İlham Əliyev Cavad Zərifi qəbul edib 25 Yanvar 2021, 12:07 Evi tərk edən koronavirus xəstəsi saxlanıldı 25 Yanvar 2021, 12:04 Ötən ilin yol qəzaları - 696 ölü, 1410 yaralı 25 Yanvar 2021, 12:00 Oğlu şəhid olan məhkumlar azadlığa buraxılıb - RƏSMİ 25 Yanvar 2021, 11:55 İqtisad Universitetinin şəhid məzunu - Böyükağa Şahverdiyev 25 Yanvar 2021, 11:49 5 məhkum xarici ölkədən Azərbaycana gətirilib  25 Yanvar 2021, 11:44 Polşada təhsil alan azərbaycanlı tələbədən maraqlı aksiya 25 Yanvar 2021, 11:38