Modern.az

Kişilər öpüşməsin - Vitse-spikerdən çağırış

Kişilər öpüşməsin - Vitse-spikerdən çağırış

Parlament

17 Mart 2020, 12:53

"Bizim toxunulmazlıq hüququmuz var, ancaq koronavirusdan tuxulumazlıq səlahiyyətimiz yoxdur".

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Adil Əliyev parlamentin bu gün keçirilən iclasında deyib.

 

Vitse-spiker bildirib ki, insanlar təmsadan yayınmalıdır:

 

“İnsanlara çatdırmalıyıq ki, təmaslardan yayınsınlar. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik etməkdə bizim məqsədimiz insanları cərimələmək deyil, insanları təmasdan yayındırmaqdır. Hesab edirəm ki, hər kəs Nazirlər Kabineti yanında operativ qərərgahın qaydalarına ciddi şəkildə əməl etməlidir. Xüsusilə də kişilərin görüşən zaman opüşməsinin qarşısını almaq üçün təbliğat aparmalıyıq”.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü