Modern.az

Türkiyədə koronavirusdan ölənlərin sayı artdı

Türkiyədə koronavirusdan ölənlərin sayı artdı

Dünya

24 Mart 2020, 00:48

Türkiyədə koronavirusdan (COVID-19) ölənlərin sayı 37-yə çatıb.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca özünün tvitter hesabında yazıb.

 

Nazir bildirib ki, son 24 saatda 3672 şübhəli koronavirus testindən keçib, onlardan 293-nün cavabı müsbət çıxıb.

 

Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 1529-a çatıb.

 

Fəxrəddin Qoca insanları evdə qalmağa çağırıb.

 

T.İSMAYIL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu