Arxiv
24 mart 2020, 11:25 | PARLAMENT
Yaşı 65-dən çox olan deputatların koronavirus qorxusu: “Biz də evdən çıxmayacağıq!”

Nazirlər Kabinetinin qərarına əsasən, bu gündən Azərbaycanda xüsusi karantin rejimi tətbiq olunur. Karantin rejimi müddəti ərzində -  24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilir. Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin ediləcək. Yeri gəlmişkən,  Milli Məclis deputatları arasında da yaşı 65-dən yuxarı olan insanlar var. Maraqlıdır, 65 yaşdan yuxarı olan deputatlar qaydalara riayət etməyi düşünürmü?

Modern.az saytı yaşı 65-dən yuxarı olan bir neçə deputatın fikrini öyrənməyə çalışıb.

Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov bildirib ki, qaydalara riayət etmək məcburiyyətindədir: "Mənim də yaşım 65-dən yuxarıdır. Mən də bu müddət ərzində evdən çölə çıxmayacam. Hesab edirəm ki, hər birimiz qaydalara əməl etməliyik. Bunu təkcə özümə görə etmirəm. Evdən çölə çıxmamaqla, digər insanları da xəstəlikdən qorumuş olacam. Əgər işimlə bağlı zərurət yaranarsa, onlayn qaydada həyata keçirəcəm".

Parlamentin ən yaşlı deputatı Fəttah Heydərov da qaydalara əməl edəcək: "Mən də bu müddət ərzində evdən çölə çıxmayacam. Hesab edirəm ki, qoyulan qaydalara hörmətlə yanaşmalıyıq. 65 yaşdan yuxarı şəxslərin evdən çölə çıxmamasını məsləhət görürəm. Mən də dövlətin bu qərarını dəstəkləyirəm. Bu cür addımlar insanlarımızin sağlamlığının qorunmasına hesablanıb".

Deputatı Fəzail Ağamalı da evdən çölə çıxmadığını deyib: "Bir həftə olar ki, evdən çölə çıxmıram. Mən də 65 yaşdan yuxarı olan insanlar kateqoriyasina daxiləm. Həyat yoldaşımla bağda yaşayıram. Onun da 69 yaşı var. Hesab edirəm ki, verilən qərar alqışlanmalıdır. Çünki koronavirus pandemiyası dünyada sürətlə yayılır. Ölüm faktları da çoxdur. Ona görə də dövlətimiz çalışır ki, vətəndaşlarımiz bu bəladan itkisiz çıxsın. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Buna baxmayaraq, hər bir qaydaya riayət etmək məcburiyyətindəyik. Çünki bu qaydalar xalqımızın sağlamlığının qorunması üçün edilir. Mən də aprelin 20-nə qədər evdən heç yerə getməyəcəm".

Millət vəkili Sabir Rüstəmxanlının sözlərinə görə, bu müddət ərzində yaradıcı fəaliyyətlə məşğul olacaq: "Dövlətimizin bu addımı müsbətdir. 65 yaşdan yuxarı olan deputatlar da bu qaydalara əməl etməli və digər yaşlı insanlara nümunə olmalıdır. Çətin də olsa, mən də evdən çölə çıxmayacam. Həmçinin yaradıcı deputat olaraq fürsətdən istifadə edəcəm. Bu müddət ərzində evdə yaradıcılıqla məşğul olacam".

Digər yaşlı deputat İsa Həbibbəyli dövlətin verdiyi qərardan yararlanmağı tövsiyə edib: "Bayram günlərində evdən çölə çıxmadım. Dünənki qərardan sonra isə evdən çıxmamaq işimi davam etdirəcəm. Dünyadaki vəziyyəti hamınız görürük. Koronavirus pandemiyası təhlükəli həddə çatıb. Ona görə də dövlətimizin verdiyi qərara əməl etməliyik. Hesab edirəm ki, dünyadakı koronavirus pandemiyasının necə bir bəla olduğunu dərk edən insanlar ölkəmizdəki qaydalara riayət etməlidirlər. Bir akademik olaraq evdə boş oturmayacam. Yaradıcılıqla məşğul olacam. Bir həftə ərzində kitabxanami gözdən keçirtmişəm. Hazırda monoqrafiya üzərində çalışıram. Hər bir 65 yaşdan yuxarı şəxsləri qoyulan qaydalara əməl etməyə çağırıram. Mən də öz növbəmdə fürsətdən istifadə edib akademiyadaki işlərimi evdə davam etdirəcəm". 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiydə koronavirus daha 35 can aldı 16 İyul 2020, 22:26 Düşmənin avtomobil texnikası sərrast atəşlə məhv edilib - VİDEO 16 İyul 2020, 22:11 Azərbaycanda yeni siyasi partiya yaradıldı 16 İyul 2020, 22:01 Süni tənəffüs cihazına qoşulan COVİD-19 xəstələrinin sayı artdı - STATİSTİKA 16 İyul 2020, 21:45 “Ermənistana təkcə döyüşdə deyil, beynəlxalq sahədə də ciddi zərbələr vurulur” - Azay Quliyev 16 İyul 2020, 21:31 159 Azərbaycan vətəndaşı Daşkənddən vətənə qayıdıb 16 İyul 2020, 21:18 Düşmənə məxsus kazarma məhv edildi - VİDEO 16 İyul 2020, 21:06 Raquf Orucovun həyat yoldaşı: “Polada “qardaşım” deyirdi...” 16 İyul 2020, 20:47 Təbrizdə Azərbaycana dəstək aksiyası - VİDEO 16 İyul 2020, 20:32 HHQ komandanı Hulusi Akarla görüşdü 16 İyul 2020, 20:16 Qubada iribuynuzlu heyvanları sel aparıb 16 İyul 2020, 20:07 İlham Əliyev və birinci xanım açılışda (YENİLƏNİB) - FOTO 16 İyul 2020, 20:00 Polad Bülbüloğlu rusiyalı nazir müavini ilə görüşdü 16 İyul 2020, 19:53 Konstitusiya Məhkəməsi Baş nazirin sorğusu əsasında qərar qəbul etdi 16 İyul 2020, 19:45 Azərbaycan diasporu Polşada ermənilərin təxribat cəhdini boşa çıxardı - FOTO   16 İyul 2020, 19:38 “XİN-də dövlətçiliyə bağlı insanlar irəli çəkilməlidir” - Tanınmış diplomat 16 İyul 2020, 19:31 Ceyhun Bayramov Xarici işlər naziri kimi ilk iclasa QATILDI 16 İyul 2020, 19:24 “Həm Azərbaycan, həm də Ermənistan tərəfi ilə işləyirik” - Mariya Zaxarova 16 İyul 2020, 19:17 “Azəriqaz” Ağdam kəndində qaz təchizatını bərpa etdi - Video 16 İyul 2020, 19:10 Xarici İşlər Nazirliyi məlumat YAYDI 16 İyul 2020, 19:02 Mövlud Çavuşoğlu Ceyhun Bayramovu  təbrik etdi 16 İyul 2020, 18:56 Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr - SİYAHI 16 İyul 2020, 18:50 Gürcüstan azərbaycanlıları Azərbaycana dəstək aksiyası keçirirlər - FOTO 16 İyul 2020, 18:43 Polşada Azərbaycan Ordusuna dəstək - VİDEO 16 İyul 2020, 18:35 Hirkan Milli Parkında yanğın olub 16 İyul 2020, 18:27 AMEA-da yeni TƏYİNATLAR 16 İyul 2020, 18:20 Azərbaycan Müdafiə nazirinin müavini Türkiyəyə getdi 16 İyul 2020, 18:12 Səkkiz il övlad arzusunda olan şəhid gizirimizin qızı dünyaya gəldi 16 İyul 2020, 18:05 Milli Məclisə hücum edənlər SAXLANILDI - FOTO 16 İyul 2020, 17:58 Şəhid hərbçimiz dəfn olundu - FOTOLAR 16 İyul 2020, 17:52 “PUA-larımız üçün bədbəxt erməni kəndlisindən daha vacib hədəflər var” - Vaqif Dərgahlı 16 İyul 2020, 17:46 “Abituriyentlər üçün dərs vaxtı”nın sabahkı cədvəli AÇIQLANDI 16 İyul 2020, 17:40 Ordumuz daha bir şəhid verdi - FOTO 16 İyul 2020, 17:34 Dolların sabaha olan kursu açıqlandı 16 İyul 2020, 17:28 Fransa Azərbaycanlılarının Koordinasiya Şurası BƏYANAT yaydı 16 İyul 2020, 17:22