Arxiv
24 mart 2020, 14:16 | HADİSƏ
Yaşı 65-i ötmüş tənhalara evlərində hansı xidmətlər göstəriləcək? - AÇIQLAMA

Ölkədə elan olunan xüsusi karantin rejimi koronavirus (COVID-19) infeksiyasına yoluxma riski çox olan yaşı 65-i ötmüş vətəndaşların evdən bayıra çıxmalarının qadağan  olunmasını nəzərdə tutur.

Həmin vətəndaşların xüsusi karantin rejimi dövründə (24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək) evdə qalmaları onların bu pandemiyadan qorunması üçün vacibdir.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Modern.az-a bildirilib ki, evdə olduqları karantin dövründə onlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət sistemində çalışan sosial xidmətçilər tərəfindən evlərində dəstək və xidmətlər göstəriləcək.

Sosial xidmətçilər hazırda ahıl (yaşı 70-i ötmüş) şəxsləri bu xidmətlərlə təmin edirlər, xüsusi karantin rejimi dövründə 65-70 yaşlı tənha vətəndaşların da evdən bayıra çıxmadan onların bu xidmətlərindən yararlanmalarına şərait yaradılır.

 Belə ki, yaşı 65-i ötmüş tənha yaşayan vətəndaşlar da ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. üçün sosial xidmətçi personalının xidmətlərindən faydalana biləcəklər.

Sosial xidmətlərdən istifadə etmək üçün bu kateqoriyadan olan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı Mərkəzinə zəng vuraraq qeydiyyata alınmalıdırlar. Bununla yanaşı, 65-70 yaşlı tənha şəxslərin müəyyən edilməsi üçün özlərinin müraciətlərindən başqa yerli icra qurumlarından siyahılar alınacaq.

Sosial xidmətçilər lazımi qoruyucu vasitələrlə təmin olunacaqlar. Onlar tərəfindən bu xidmətlər yaşlı şəxslərlə  təmas olmadan, müəyyən məsafə saxlanılmaqla həyata keçiriləcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koronavirus xəstələri üçün 7 min çarpayı ayrılıb 29 May 2020, 19:44 Qışda koronavirusun ikinci dalğası ola bilər - RƏSMİ 29 May 2020, 19:36 Tural Gəncəliyev Qarabağ separatçılarının rəhbərinə CAVAB VERDİ 29 May 2020, 19:30 Rayonlara gediş-gəliş nə vaxt bərpa olunacaq? - RƏSMİ AÇIQLAMA 29 May 2020, 19:25 Şənbə və bazar günləri məhdudiyyətlər tətbiq olunacaq - Operativ Qərargah 29 May 2020, 19:18 190 manat iyunda da veriləcək? - RƏSMİ CAVAB 29 May 2020, 19:10 Xaricdən gələnlər arasında çox sayda koronavirusa yoluxanlar var 29 May 2020, 19:05 Koronavirus xəstələrinin evdə qalması məcburi olacaq 29 May 2020, 19:01 Yas yerlərində kütləvi yoluxma halları var - Operativ Qərargah 29 May 2020, 18:59 Azərbaycanda koronavirusdan ölənlərin yaş qrupları açıqlandı 29 May 2020, 18:51 Gəncə və Naxçıvana uçuşlar bu tarixdə bərpa olunacaq 29 May 2020, 18:47 Azərbaycanda koronavirusa yoluxanların 5 faizi uşaqlardır 29 May 2020, 18:43 Rayonlarda karantin rejimi yenidən sərtləşdirilə bilər 29 May 2020, 18:40 Azərbaycanda koronavirusa ən çox yoluxma bu bölgədə olub - RƏSMİ 29 May 2020, 18:36 Gələn həftə Britaniyadan Azərbaycana çarter reysi təşkil olunacaq 29 May 2020, 18:32 Hansısa rayonda ocaq aşkarlanarsa, orda xüsusi karantin rejiminin tətbiq olunacaq - Operativ Qərargah 29 May 2020, 18:25 Tibbi maska ilə bağlı cərimə Milli Məclisdə müzakirə olunur 29 May 2020, 18:17 Maskalardan istifadə və sosial məsafənin qorunmasına nəzarət ciddi olacaq - İbrahim Məmmədov 29 May 2020, 18:10 Azərbaycanda koronavirusa yoluxma sayı rekord həddə çatı - daha 2 nəfər vəfat etdi 29 May 2020, 18:03 Operativ Qərargah brifinq keçirir - Canlı yayım 29 May 2020, 18:00 Pərvin Kərimzadə: “Qobu Park-3” ardıcıl və məqsədyönlü siyasətin davamıdır   29 May 2020, 17:58 UNEC-in 90 illiyinə həsr olunan beynəlxalq elmi konfrans keçirilib 29 May 2020, 17:51 Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib 29 May 2020, 17:46 Qüvvədə qalan qadağaların tam SİYAHISI 29 May 2020, 17:40 Böyük Britaniya honkonqlulara vətəndaşlıq verə bilər 29 May 2020, 17:35  Kinoteatr və əyləncə mərkəzləri  BAĞLI QALDI 29 May 2020, 17:28 Maska taxmaq məcburi olan yerlərin TAM SİYAHISI 29 May 2020, 17:26 Bu tarixdən dövlət qurumları tam heyətlə fəaliyyətə başlayır 29 May 2020, 17:21 Kafe-restoranların iş saatı uzadıldı 29 May 2020, 17:15 Açıq havada keçirilən idman yarışlarına icazə verildi 29 May 2020, 17:08 Dörd əsrdən çox yaşı olan konyak 146 min dollara satıldı 29 May 2020, 17:03 İri ticarət mərkəzləri və “Mall”lar bu tarixdə AÇILIR 29 May 2020, 16:58 Mayın 31-dən bu qadağalar ləğv olunur - Rəsmi açıqlama 29 May 2020, 16:52 Bazarlarda maska taxmaq məcburi oldu 29 May 2020, 16:40 İlham Əliyev xorvatiyalı həmkarını təbrik etdi 29 May 2020, 16:33