Modern.az

Çində daha bir virus tapıldı - 1 ölü

Çində daha bir virus tapıldı - 1 ölü

24 Mart 2020, 23:14

Bütün dünya koronavirusla mübarizə apardığı bir vaxtda Çində yeni bir virusun meydana gəlməsi barədə xəbərlər yayılıb.

 

Modern.az Çinin "Global Times" nəşrinə istinadən xəbər verir ki, hantavirus adlanan bu xəstəlikdən ölkənin Yunnan əyalətində bir nəfər avtobusda dünyasını dəyişib. Aparılan yoxlama nəticəsində həmin şəxsin hantavirusdan vəfat etdiyi müəyyən edilib. Avtobusda olan digər 31 nəfər üzərində test aparılıb və onlar karantinə alınıb.

 

Qeyd edək ki, hantavirus siçanlar vasitəsilə insana yoluxur. Buna görə də, bu virusun insandan insana keçməsi təhlükəsi yoxdur. Bu virusun əlamətləri yorğunluq, qızdırma, əzələlərdə ağrı və qanamadır. Virus eyni zamanda, insanda yüksək təzyiqə, böyrək çatışmazlığına, ağciyərin zədələnməsi kimi hallara səbəb olub ölümə yol aça bilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı